Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-220/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə inspektoru X2 xx xxxxxx 2020-ci il tarixində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru Rauf Abbasovun və özünü Yasamal rayon Polis İdarəsinin polis baş leytenantı, sahə inspektoru kimi təqdim edən Orxan Cürənlinin iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması iddiası ilə barəsində MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və buna əsas kimi xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində qapalı şəraitdə tibbi qoruyucu maska istifadə etmədiyini göstərmişlər. O, polis əməkdaşının göstərdiyi əsasla razılaşmayaraq, fiziki şəxs olaraq qaydalara uyğun şəkildə qapalı məkanda, ayrı otaqda hüquqi yardım və sahibkarlıq fəaliyyətinin icrası ilə bağlı gündəlik işi ilə məşğul olduğunu və özünü təqsirli bilmədiyini bildirərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq ona imza etməkdən imtina etmişdir. Ona görə ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı əsaslandırılmış izahat vermək üçün şərait yaradılmasını xahiş etsə də, ona protokolda bunun üçün yerin olmadığı bildirilmiş və bu səbəbdən ona barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında Qərarın surəti təqdim olunmadığından, xx.xx.2020-ci il tarixdə nümayəndəsi (vəkili) fərdi qaydada fəaliyyət göstərən Vəkil Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisinə yazılı surətdə ərizə ilə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib olunmuş İnzibati tənbeh vermə haqqında Qərarın surətinin ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında barəsində qəbul olunmuş xx.xx.2020-ci il tarixli, ******* inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim olunmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, həmin protokol əsasında tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ünvan 2 ünvanda yerləşən “xxxx” MMC-nin yerləşdiyi yer 3 otaqdan ibarət ofisdir və otaqlar bir-birindən bütöv daş divarlar və taxta qapılarla təcrid olunmuşdur. Həmçinin eyni otaqda belə iş masaları arasında məsafə 1,5-2 metr izolyasiya məsafəsi gözlənilir. İnzibati xəta protokolu tərtib edilərkən ofisdə cəmi iki nəfər olmuşdur və onlar hər biri ayrıayrı otaqlarda, yəni hər biri ayrı-ayrılıqda öz iş otağında tək olaraq işləmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 saylı Qərarının 1.5-ci bəndində göstərilir ki, koronavirus (COVİD-19) infeksiyasınm insanlar arasında kütləvi yayılmasının qarşısının Azərbaycan Respublikasının ərazisində yeni növ alınması məqsədilə açıq sahəli ofislərdə və istehsalat yerlərində sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qeyd etdiyi kimi, “xxxx” MMC-nin yerləşdiyi yer, ümumi sahədən (bir otaqdan) ibarət deyil, bir-birindən təcrid olunmuş 3 iş otağıdan ibarətdir. Bura açıq sahəli ofis hesab oluna bilməz və ofisdə olan 2 şəxs bir-biri ilə təmasda olmadan, təcrid olunmuş şəkildə bütün sanitar və gigiyenik standartlara riayət olunduğu ayrı-aryı otaqlarda olmuşdur. Belə olan halda onun barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərarı tərtib edilə bilməz. Belə ki, iddia olunan inzibati xətanın müəyyən edildiyi vaxt onlar çay fasiləsində olmuşlar və təbii ki, maska ilə çay içilməsi mümkünsüz olduğundan hətta, nəzəri olaraq bir otaqdan ibarət ofisdə olsalar belə çay içərkən maska taxılmaması İXM-nin 211-ci maddəsi ilə məsuliyyət yaratmır. Barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda iddia edilən inzibati xətaya görə məsuliyyət müəyyən edən norma da dügün göstərilməmişdir. Belə ki, həmin protokolda və qərarda onun İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi göstərilib. Halbuki, İXM-nin 211-ci maddəsi ilə 3 maddə - 211.1., 211.2. və 211.3.cü maddələr ehtiva edilir və xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına görə məsuliyyət İXM-nin 211.2,-ci maddəsində nəzərdə tutulub. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 və 134-cü maddələrinə əsasən,Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-220/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-220/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver