Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2203/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə xx.xx.1974-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi̇: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva propekti 80 ünvanında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi “Mercedes Benz 190 minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonundan Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan əraziyə gələrək avtomobilini yolun hərəkət hissəsində saxlamışdır. Həmin vaxt YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və dayanma qaydalarını pozduğu üçün ondan sənədlərini təqdim etməsini istəmişdir. O, sənədlərini təqdim etdikdən sonra YPX əməkdaşı onun barəsində inzibati protokol tərtib etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Həmin vaxt YPX əməkdaşı əsəbi halda onunla danışaraq ona qarşı əl-qol hərkətləri etməyə başlamış, o da YPX əməkdaşının hərəkətlərindən əsəbiləşərək onun üz nahiyəsindən geriyə itələmişdir. Bundan sonra YPX əməkdaşı hadisə yerinə ÇPA əməkdaşlarını dəvət etmişdir. ÇPA əməkdaşları hadisə yerinə gəldikdən sonra onu avtopatrul maşınına əyləşdirərək Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X2 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva propekti 80 ünvanında dayanma qaydalarını pozduğu üçün YPX əməkdaşı ona yaxınlaşmış və özünü təqdim edərək ondan sənədlərini istəmişdir. Şəxs sənədlərini təqdim etdikdən sonra YPX əməkdaşı tərəfindən onun barəsində inzibati protokol tərtib olunmuşdur. Bundan sonra Şəxs YPX əməkdaşı ilə mübahisə etməyə başlamış və polisin qanuni tələblərinə əhəmiyyət verməyərək onun üz nahiyəsindən geri itələmişdir. Bundan sonra hadisə yerinə çağırılmış ÇPA əməkdaşları Şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbəyə gətirilən Şəxs növbətçi hissəyə təhvil verilmişdir. Bölmədə bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin Dövlət X9 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru X4 verdiyi ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Nəsimi rayonu, Moskva propekti 80 ünvanında xidmətdə olarkən “Mercedes Benz 190 minik” markalı, **- RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili “dayanmaq qadağandır” nişanının təsir zonasında saxladığı üçün ona yaxınlaşmışlar. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini istəmişdir. Sürücü sənədlərini təqdim etdikdən sonra onun barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati protokol tərib edilmişdir. Sürücüyə ona hüquq və vəzifələrimi İXM-nin 61-ci madəsini rəhbər tutub izah etsə də, sürücü onun qanuni tələblərinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri ilə üz nahiyəsindən geri itələyərək ictimaiyət qarşısında polisin şərəf və ləyaqətini alçaltmağa cəhd göstərmişdir. Etdiyi əmələ görə sürücü Şəxs ÇPA əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə onun şəxsiyyəti müəyyən edildikdən sonra qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin Dövlət X9 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X5 da şahid X3 ifadəsinə oxşar məzmunla ifadə vermişdir. İş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan video görüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, “Mercedes Benz 190 minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini, işin yüngülləşdirici halını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-2203/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2203/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver