Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2210/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş edib göstərmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, o, protokolda qeyd olunan vaxtda həmin yerdə olmamış, karantin qaydalarını pozmamışdır. Bu hal protokolun onun xx.xx.2018-ci il tarixdə 4 saylı “Bakı ASAN xidmət” mərkəzinə təhvil verdiyi əvvəlki şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə tərtib olunmasından da aydın olur. Protokolun surəti ona təqdim olunmamış, Nəsimi rayon İcra və probasiya şöbəsinin bildirişi əsasında məlumatı olmuşdur. Bununla bağlı Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət etsə də, protokolu tərtib edən Yol Patrul xidməti inspektoru X5 protokolun düzgün tərtib olunduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 həmin tarixdə, saat 12:57-də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində epidemiya əleyhinə rejim qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir; - portaldan olan çıxarışa əsasən X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, onun şəxsiyyət vəsiqəsinin nömrəsi 13395628 göstərilmişdir; - X2 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqənin seriya və nömrəsi AZE 18508204-dir. Vəsiqə xx.xx.2018-ci il tarixdə 4 saylı “Bakı ASAN xidmət” mərkəzi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixədək etibarlıdır. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Tədqiq edilmiş materiallardan görünür ki, X2 məxsus xx.xx.2018-ci il tarixdə verilmiş, hazırki şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin AZE 18508204 olmasına baxmayaraq, barəsində olan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol isə onun 13395628 nömrəli, əvvəlki vəsiqəsi əsasında tərtib edilmişdir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən zəruri araşdırma aparılmadan və eyni zamanda barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2210/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2210/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver