Məhkəmə qərarları › İş №3(006)-2210/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2210/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2210/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində protokol tərtib edilmiş X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 tərəfindən inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 yazılı etiraz təqdim edərək ona uyğun izahatında bildirdi ki, barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci ərazi X8 idarəsi tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ******* saylı, 13 mart 2025-ci il tarixli protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati məsuliyyətə cəlb olunmuşdur. İXM-nin 602.4-cü maddəsi ilə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyət müəyyənləşdirilir. Halbuki tərəfindən yuxarıda göstərilmiş inzibati xəta törədilməmişdir və hesab edir ki, həmin iş üzrə icraata protokol və əsasında qəbul olunmuş qərar ləğv edilməklə xitam verilməlidir. Məlumat üçün bildirir ki, ünvan 1 ünvanında yerləşən 140-cı mənzilin cəmi 10 kv m-lik hissəsi X7 tərəfindən ona icarəyə verilmiş, bu barədə aralarında 06 iyul 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Sözügedən mənzil sahəsi ümumilikdə 28 kv m-dən ibarət olmuşdur. Mənzilin məhz 10 kv m-lik sahəsi ətriyyat satışı üçün tərəfindən istifadə edilməkdə idi. 13 mart 2025-ci il tarixində idarənin əməkdaşları yoxlayıcı qismində ərazidə yoxlama aparmışlar. İstifadəsində olan 10 kv m-lik sahədə yoxlamanın aparılması üçün yoxlayıcılara lazımi şərait yaradılmış, həmin sahədə yoxlama aparılmışdır. İstifadəsində olan hissədə yoxlama yekunlaşdıqdan sonra yoxlayıcılar mənzilin ona icarəyə verilməyən, istifadəsində olmayan hissəsinə - arxa otağa baxış keçirməyə çalışmış, bunun üçün ondan otağın açarını tələb etmişlər. Bu zaman yoxlayıcılara həmin sahənin ona icarəyə verilmədiyi, tərəfindən istifadə olunmadığı, bu səbəbdən də açarların onda olmadığı bildirilmişdir. Buna baxmayaraq idarənin əməkdaşları yenə də ondan otağın açarını tələb etmiş, sonradan barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən otağın açarları həmin sahənin mülkiyyətçisi olan X4 olmuş, mülkiyyətçi isə 13 mart tarixində, ümumiyyətlə, ölkədə olmamışdır. Şəxsin 11 mart-17 mart tarixləri aralığında ölkə xaricində olması ilə bağlı sübutlar əlavə olunur. Əvvəla, o, sözügedən sahə üzərində hər hansı hüquqa malik olmamış, həmin sahədə ümumiyyətlə, fəaliyyət göstərməmişdir. Buna uyğun olaraq həmin otağın açarlarının onda olması, tərəfindən təqdim olunması da mümkün deyildir. Digər bir tərəfdən, otağın açarları sahənin mülkiyyətçisində olmuş, həmin şəxs isə o tarixdə ümumiyyətlə, ölkə xaricində olmuşdur. Beləliklə yuxarıda qeyd edilənlərdən aydın olur ki, inzibati xəta haqqında protokol əsassız tərtib edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən, yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı iinvaıı yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Qanunun tələbinə əsasən, yoxlama yalnız sahibkarın fəaliyyət göstərdiyi ünvan üzrə aparıla bilər. Belə olan halda aydın olur ki, qanunvericiliyin müvafiq göstərişi İdarə tərəfindən pozulmuşdur. Yuxarıdakı Qərarın 20.6-cı maddəsinə əsasən, yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçiin əlverişli olan hallar aydınlaşdırılmaldır. Buna baxmayaraq yoxlayıcı orqan tərəfindən işin faktiki halları aydınlaşdırılmamış, sözügedən sahənin istifadəsində olub-olması müəyyənləşdirilmədən əsassız protokol tərtib edilmişdir. Buna görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X7 tərəfindən ünvan 2 ünvanında olan obyektin 10 kv metr sahəsi X2 icarəyə verilmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 tərəfindən inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsə də, törədilməsi ehtimal edilən inzibati xətanın ünvan 2 ünvanında hansı əraziyə, yəni Mina Abbasovanın icarəsində olan obyektə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə belə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X5 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X5 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar