Məhkəmə qərarları › İş №3(006)-2211/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2211/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2211/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, şikayətçi X1 iştirakları ilə, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 21-ci PB tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonunda yerləşən “Bee Gross” marketdə satıcı vəifəsində çalışır, xx.xx.2020-ci il tarixdə çalışdığı marketin yaxınlığında xidmət göstərən və onları da çox yaxşı tanıyanpolis əməkdaşları onu saxlayıb özünü onlara təqdim edim onun portaldan işləmək icazənin olub-olmadığını aydınlaşdırsınlar. Portalda adının çıxmadığını gördükdə polis əməkdaşlarıonun 200 (iki yüz) manat cərimə etmək istəmiş və o, onlara market işçisi olduğunu və işləmək üçün icaze.e-gov.az saytından xüsusi icazəmizin olduğunu bildirmiş və portaldan çap edilmiş, xx.xx.2020-ci il tarixə qədər olan icazə kağızını onlara təqdim etmiş, o, izah eləmişdir ki, əgər onlar icazələrin olması onların sistemdə hazırda görünmürsə bu onların günahı olmadığını demişdir. Uzun çəkən mübahisədən sonra marketin adminstratoru da onlara yaxınlaşmış və onun dediklərini dediklərimi təkrar olaraq onlara izah elədi ki, bizim işçinin xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər çalışmaq icazəsi var. Daha sonra marketin rəhbər işçisi polis kapitanıyla telefon danışığı apararaq onu başa salmağa çalışdı ki, “bizim marketin bütün işçilərinin və o cümlədən bizlərin xx.xx.2020-ci il tarixə qədər icazəmiz mövcuddur, sadəcə xx.xx.2020-ci il tarixdə biz portala daxil olaraq icazə vaxtını yenidən uzatmışıq və hazırda da bu icazə xahişimizə portal tərəfindən cavab gəlməsi gecikir. Əgər səbrli olsanız icazənin olduğunu və cərimə tətbiq etmək üçün heç bir əsasın olmadığını özünüz görəcəksiniz. Lakin təssüflər olsun ki, polislərlə aparılan bütün bu söhbətlərin və cəhdlərin nəticəsiz olduğunu gördükdə onlar məcbur qalaraq dərhal 102 nömrəli qaynar xətlə əlaqə saxlamış və onlara “Bizim əməkdaşların icazəsinin sistemdə yenilənməsi və vaxtının uzadılması gecikdiyi üçün polis əməkdaşları əsassız yerə bizə cərimə yazmağa çalışırlar”. 102 Xidmətindən onlaraməsələ araşdırılaraq müvafiq tədbir görüləcəyini bildirmişlər. Bütün bunlara baxmayaraq polis kapitanı Arzuman Eyvazov protokol tərtibedərək onun imzalanmasını istədikdə o, dərhal sərt etirazımı bildirmiş və imza etməkdən imtina etmişdir. Hazırda da hüquqları kobud şəkildə pozulmuş və barəsində əsassız cərimə protokolu tərtib olunmuş vətəndaş olaraq məhkəməyə müraciət etmək məcburityyətində qalmışdır.Nəsimi RPİ-nin 21-ci PB tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi T.Ş.Əliquliyev ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, həmin gün polis əməkdaşına iş icazəsi ilə bağlı elektron sistemdən çıxarışı təqdim etsə də bunun heç bir faydası olmamış, qanunvericilikdə nəzərdə tutulmuş hüquqları ona izah edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və özünü müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıdakılara əsasən şikayətin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 21-ci PB-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan T.Ş.Əliquliyevin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Elektron Hökümətin İnkişaf Mərkəzinin “icaze.e-gov.az” saytında təsdiqlənmiş icazə kağızının çıxarışından görünür ki, “Beegross market”in əməkdaşı olan T.Ş.Əliquliyevin Bakı ərazisində gündəlik işlə əlaqədar xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək icazəsi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, T.Ş.Əliquliyevin barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, T.Ş.Əliquliyevin barəsində Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh verməhaqqında qərar sonuncunun “Beegross market” tərəfindən verilən icazəsini nəzərə alınmadan qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və T.Ş.Əliquliyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 21-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıinzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 21ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqındaqərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar