Məhkəmə qərarları › İş №3(006)-2214/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2214/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2214/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə “FUGA GROUP" MMC-nin qanuni tamsilçisi X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya "xxxx" MMC-nin sabiq işçisi X3 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. İnzibati xəta haqqında qərarda göstərilənlə razılaşmır və qərarın əsassız olduğunu hesab edir. Belə ki, ”FUGA GROUP" MMC fəaliyyəti dövründə ümumiyyətlə belə bir hal baş verməmişdir. Belə ki, X8 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və yalnız bundan sonra "FUGA GROUP” MMC-də işlərin görülməsinə cəlb olunmuşdur. İnzibati xəta haqqında icraat üzrə araşdırma zamanı X9 izahatında bədbəxt hadisə ilə bağlı guya "FUGA GROUP” MMC-nin işçiləri olan Cəmil, daha sonra Zamin adlı şəxsə məlumat verdiyini qeyd etmişdir. Halbuki, MMC-nin bu adda işçiləri olmamış, o özü isə həmin şəxsləri ümumiyyətlə tanımır. X12 Xidməti "xxxx" MMC-nin bu adda işçilərinin olubolmamasını müvafiq elektron sistemdən aydın şəkildə müəyyən edə bilərdi. Qeyd edir ki, X12 araşdırmanı natamam və qərəzli aparmışdır. Əgər tam və obyektiv araşdırma aparılsaydı Cəmil və Zamin adlı şəxslər müəyyən olunaraq X1 tərəfindən əraziyə işə olunduğunu müəyyən etmək mümkün olardı. Bildirir ki, hadisənin “Olimpiya” stadionunda baş verdiyi göstərilmişdir. Həmin dövrdə “COP-29” tədbiri ilə bağlı “Olimpiya” stadionunda yüzlərlə şirkət müxtəlif işlərə cəlb olunmuşdur. Şahid izahatında isə "FUGA GROUP” MMC-nin işçisi olmasını bildirməsi və hadisə barəda MMC-yə aidiyyəti olmayan şəxslərə məlumat verməsini göstərməsi onun ziddiyətli izahat verdiyini, Xidmətin isə obyektiv araşdırma aparmadığını deməyə əsas verir. Beləliklə, "FUGA GROUP” MMC-nin qanuni təmsilçisi X7 inzibati xətanın törədilməsinə heç bir aidiyyəti yoxdur və onun əməlində har hansı inzibati xəta tərkibi mövcud deyildir. Qeyd olunur ki, inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada taqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 vəkili Vəkil2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi X11 izahatında bildirmişdir ki, Bakı şəhəri Təcilli və X6 Stansiyasının 6 saylı Bölməsi tərəfindən işçi Şahid "FUGA GROUP” MMC-nin texniki işçisi kimi fəaliyyət göstərən zaman xx.xx.2024-cü il tarixdə iş yerində xəsarət alması və sağ əlin barmaqlarının və biləyin travması diaqnozunun qoyulması barədə X12 Xidmətinə məlumat verilmişdir. Xidmət tərəfindən aparılan araşdırma zamanı Şahid xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı işçinin həmin tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən "FUGA GROUP” MMC-nin direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarın qanuni olmasını və şikayət ərizəsində göstərilənlərin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, 25 sentyabr 2024-cü il tarixdə Faiq adlı dostunun vasitəsilə Cəmil və Zamin adlı şəxslərlə tanış olmuş, sonuncular da ona “COP-29” tədbiri ilə bağlı Bakı Olimpiya Stadionunda iş təklif etmişlər. Həmin tarixdən o, Bakı Olimpiya Stadionunda işləməyə başlamışdır. Onun işi maşınlardan stol-stul, mebel boşaltmaq olmuşdur. O, həmin vaxt hər hansı şirkətə bağlı işləməmiş, gündəlik 20-25 manat civarında Zamin adlı şəxsdən maaş almışdır. xx.xx.2024-cü il tarixdə “X-ray” aparatını daşıyarkən əli əzilmişdir. Bununla bağlı o, Cəmil və Zamin adlı şəxslər tərəfindən tibbi müayinəyə aparılmış və onda heç bir ciddi zədə aşkar olunmamışdır. Xəstəxanada ondan harada işləməsi barədə soruşulmamışdır. Növbəti gün Cəmil və Zamin adlı şəxsləri tapmaq üçün Bakı Olimpiya Stadionuna gəlmiş, lakin onları tapa bilməmişdir. Həmin vaxt stadionda müxtəlif şirkətlərin çadırları olmuşdur. Onun işə ehtiyacı olduğu üçün "xxxx" MMC-nin çadırına yaxınlaşmış və işləmək istədiyini bildirmiş, onlar da onu xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlamaqla işə götürmüşlər. Hadisədən 4 ay sonra 2025-ci ilin fevral ayında onu X12 Xidmətinə çağırıb məsələ barədə izahatını almışlar və bu zaman o, onu işə cəlb edən Cəmil və Zamin adlı şəxslər barədə məlumat vermişdir. X12 Xidmətinin əməkdaşı ondan harada işləməsini soruşduqda o, əmək müqaviləsi əsasında "xxxx" MMC-də işlədiyini bildirmişdir. Hadisə baş verən gün "xxxx" MMC-də işləməsi barədə verdiyi izahatında anlaşılmazlıq olmuşdur. Belə ki, onun hadisə baş verən vaxt "xxxx" MMC ilə əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, "FUGA GROUP” MMC-nin sabiq işçisi Şahid xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Cəmiyyət tərəfindən Şahid AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü il tarixli əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuş və nəticədə "FUGA GROUP” MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-7095/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilməsinə görə tərtib olunmuş protokol üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(3-6)-335/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 3(006)-7095/2025 nömrəli qərarı ləğv edilmiş və "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Şahid X12 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixində verdiyi izahatından görünür ki, o, izahatında "FUGA GROUP” MMC tərəfindən işlərə cəlb olunduğunu, xx.xx.2024-cü il tarixində "FUGA GROUP” MMC-də xx.xx.2024-cü il tarixindən işlədiyini, ümumiyyətlə "FUGA GROUP” MMC-də işlədiyini, təxminən 600 manat maaş aldığını və əmək haqqını nağd şəkildə aldığını bildirmişdir. Məhkəmə, məhkəmə prosesində iştirak etmiş şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) şikayət verilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şahid qismində dindirilmiş Şahid izahatı ilə bağlı qeyd edir ki, Şahid məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində, hadisə baş verən vaxt "FUGA GROUP” MMC-də işləmədiyini bildirsə də, xx.xx.2025-ci il tarixində X12 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi izahatında xx.xx.2024-cü il tarixindən "FUGA GROUP” MMC-də işlədiyini bildirmiş, izahatının sonunda “İzahatı özüm yazdım, öz imzamla təsdiq edirəm” qeydini yazmaqla imza etmişdir. Məhkəmə iclasında Şahid X12 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi izahata münasibətdə anlaşılmazlıq olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Şahid X12 Xidmətinin Bakı şəhər İdarəsində izahat verərkən ona verilən suallar dəqiq və aydın olmuş, o da həmin suallara aydın və başa düşülən şəkildə cavab vermişdir. Yəni həmin izahatı verərkən anlaşılmazlıq yaradan hər hansı hala məhkəmə tərəfindən rast gəlinməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi "FUGA GROUP” MMC-nin direktoru X13 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şahid xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "FUGA GROUP” MMC tərəfindən işlərin görülməsinə cəlb edilmiş və nəticədə "FUGA GROUP” MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmçinin eyni inzibati xətaya görə X7 direktoru olduğu "xxxx" MMC barəsində də inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(3-6)-335/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə "FUGA GROUP” MMC-nin direktoru X7 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "FUGA GROUP” MMC-nin direktoru X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar