Məhkəmə qərarları › İş №3(006)-2215/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2215/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2215/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:02-də idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül bədən xəsarətləri almışdır. Bununla da, Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, və zərər çəkmiş şəxs X2 ilə barışdığını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. 20 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı zərər çəkmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək inzibati xəta törədən şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 177 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:48-də 1 saylı KTM-dən həkim Qasımova məlumat verdi ki, Bakı şəhəri, Nizami k/t yanında baş vermiş YNH-si zamanı, Şəxs bədənin müxtəlif nahiyyələrinin küt travması xəsarət alması və X1 isə beyin silkələnməsi ilə müayinə alması bildirmişdir. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:02 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS minik” markalı **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində hərəkətdə olan vaxt Bülbül prospektinin kəsişməsində işıqforun qırmızı işığında dayanmış, arxadan ona maşın siqnal və işıq verərkən yaşıl yandığını elə bilib hərəkətə davam etmişdir. Həmin vaxt Nəsimi rayonu, Bülbül prospekti ilə hərəkətdə olan X2 etibarnamə ilə idarə etdiyi “TOYOTA” Prius markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. O hadisə zamanı xəsarət almış, orada TTY-yə onu müayinə etdi və KTM-ə aparmışdır. Maşının sürəti 20 km olardı, maşına ziyan dəymişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:02 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Bülbül prospekti ilə hərəkətdə olan vaxt 28 may küçəsinin kəsişməsində işıqforun yaşıl işığında keçərkən 28 may küçəsindən hərəkətdə olan Şəxs idarə etdiyi “TOYOTA” Prius markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında keçdiyi üçün toqquşmuşdur. Turan hadisə zamanı xəsarət aldığını bildirmişdir, orada TTY-yə onu müayinə etdi və KTM-ə apardı. Onunda xəsarati var idi. Maşının sürəti 30 km olardı, maşına ziyan dəymişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 271 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə- alın nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sol yarısının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviti hissəsinə göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər: dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X1 bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 275 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində, o cümlədən baş nahiyəsində xəsarət aşkar olunmadığından onun adına X6 tərtib olunmuş 1310 saylı tibbi arayışda göstərilən “Baş beynin silkələnməsi” diaqnozu sağlamlığa zərər vurmanın təyinində nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli 8/826 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “TOYOTA Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə TOYOTA Prius” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını alınması ilə əlaqədər hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar