Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2219/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 81 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 06.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 81 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 81 ünvanında keçmiş baldızı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 27 iyul 2021-ci il tarixli, 554 №-li rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır. İş üzrə toplanmış materialda cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra üçün onlara göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuş və toplanmış materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxsnun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun keçmiş baldızıdır. Şəxs qardaşı Yalçın Tanrıverdiyev ilə onun birgə nikahlarından övladları var. Uşaqlar məhkəmə qərarı əsasında ona verilsə də, həmin qərar hələ icra olunmadığından ataları ilə yaşayırlar. Y.H.Tanrıverdiyev onun uşaqları görməsinə mane olur. Keçən ay uşaqlarını görmək üçün Y.H.Tanrıverdiyevin yaşadığı ünvan 1 ünvana getmiş, lakin keçmiş həyat yoldaşı onu təhqir etmiş və başına yumruqla vuraraq xəsarət yetirmiş, həmçinin baldızı Şəxs onun qolunu cırmaqlamış və təpik atmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının keçmiş həyat yoldaşıdır. Zərərçəkmiş şəxs 3 ildir ki, uşaqlarını qoyub getmişdir. 3 ildir uşaqlara o baxır. Hər dəfə uşaqlara deyir ki, anaları ilə görüşsünlər. Zərərçəkmiş şəxs 06.07.2021-ci il tarixdə onun yaşadığı ünvan 1 ünvana gəlmiş, bu zaman aralarında sözlə mübahisə başlamışdır. Billurə onun saçlarına əl uzadaraq dartmaq istəmiş, qardaşı Yalçın onları aralamışdır. Nəbiyevanın dedikləri yalandır. O, Zərərçəkmiş şəxs döyməmişdir. Göstərilənlərə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 27 iyul 2021-ci il tarixli, 554 №-li rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsinə əsasən onun bədən səthində aşkar edilmiş xəsarət – başın sol təpə nahiyəsinin qançır-şişkinliyi bərk əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl, yəni 06.07.2021-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs və X1 qarşılıqlı müraciətlərinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi üçün bölmənin rəhbərliyinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiq edilmir. Bununla bağlı iş materiallarında sübut yoxdur. Ona görə də, inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 27 iyul 2021ci il tarixli, 554 №-li rəyində göstərilənlərə münasibətdə bildirir ki, qeyd edilən rəydə Zərərçəkmiş şəxs xəsarəti baş nahiyəsindən aldığı müəyyən edilir. Billurə Tanrıverdiyeva məhkəmədə verdiyi ifadəsində keçmiş həyat yoldaşı Yalçın Tanrıverdiyevin onu başından yumruqla vurduğunu, Şəxs isə onun qolunu cırmaqlayaraq təpik atdığını bildirmişdir. Bu halda məhkəmə həmin rəyi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs təqsiri inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Onun Zərərçəkmiş şəxs döyməsi barədə Zərərçəkmiş şəxs izahatından başqa heç bir sübut yoxdur. Şübhələr Şəxs xeyrinə həll edilməlidir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2219/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2219/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver