Məhkəmə qərarları › İş №3(006)-222/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-222/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-222/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 nümayəndəsi və vəkili «Femida» Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 barəsində xx.xx.2020-ci il tarixində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "Muğan” şirniyyat evində aparılan monitorinq zamanı “oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması və restoranda masalar üzərində dezinfeksiya vasitələrinin olmaması, yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulmasına dair” AQTA-nın X6 nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1 və 220.2-ci maddələrinə əsasən “vəzifəli şəxs” kimi ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixində İnzibati tənbeh vermə haqqında ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar xx.xx.2021-ci il tarixində ona təqdim edilmişdir. inzibati orqanın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəydir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərarda oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması və restoranda masalar üzərində dezinfeksiya vasitələrinin olmaması göstərilmişdir. Oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 386 saylı Qərarına əsasən Şəki şəhərinə giriş-çıxış dayandırılmışdır. Həmin tarixdən etibarən 2-ci mərtəbədə yerləşən kafe fəaliyyət göstərməmiş və müştəri qəbulu olmamışdır. AQTA-nın əməkdaşları tərəfindən çəkilən şəkillərdə də müştəri olmamış, stolların üzərində hər hansı yeyinti məhsulları üçün lazım olan vasitələr (qab, stəkan, nəlbəki, qaşıq, çəngəl və s.) mövcud olmamışdır. Əgər müştəri yoxdursa hansı stollarda müştərinin necə oturmasını, ara məsafəsinə riayət olunmamasını inzibati orqanın əməkdaşlarının necə müəyyən etməsi maraq doğuran məqamdır. Xatırladır ki, xx.xx.2020-ci il tarixinə qədər kafe fəaliyyət göstərən zaman stollarası 2 metrə məsafəyə tam riayət olunmuş, 1 stolda yalnız 1 nəfərin oturmasına icazə verilmişdir (stolun eni 0.8 metr olduğu üçün). Dəfələrlə AQTA-nın əməkdaşları tərəfindən yoxlamalar aparılmış, lakin karantin rejimi qaydalarına ciddi riayət olunduğunun şahidi olmuşlar. 6 ay ərzində karantin rejiminə riayət edən şəxsin sonradan stollarası ara məsafəsinə riayət etməməsi absurd məsələdir. Restoranda masalar üzərində dezinfeksiya vasitələrinin olmaması ilə bağlı yuxarıda qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixindən fəaliyyət göstərməmişdir. Bundan başqa qeyd edir ki, AQTA-nın “İctimai iaşə müəssisələrində COVİD-19-un (koronavirus) profilaktikasına dair” Metodiki göstərişlərdə təmin olunmalı olan vacib nüanslar qeyd olunmuş, stolların üzərində dezinfeksiya vasitələrinin olması deyil, ümumi müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi göstərilmişdir. Nəzərə çatdırmaq istəyir ki, 1-i müəssisənin giriş hissəsində olmaqla, ümumilikdə 6 yerdə dezinfeksiyaedici maddələr yerləşdirilmiş, dəfələrlə karantin dövründə AQTA-nın əməkdaşları tərəfindən monitorinq aparılmış, karantin rejiminə ciddi riayət olunmasının şahidi olmuşlar. İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə bağlı ilə bağlı yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulması göstərilmişdir. xx.xx.2020-ci il tarixində Protokol tərtib olunan zaman yuxarıda qeyd olunan maddənin pozuntusunu təsdiq edəcək hər hansı bir sübutun təqdim olunmasını tələb etməyinə baxmayaraq, inzibati orqanın əməkdaşları tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə ki, Baxış Protokolunda divar və tavanın hissdən saraldığı, istifadə olunan yardımçı qəliblər və tavaların natəmiz saxlanılması, işçilərin sanitar geyimlə təchiz olunmaması, pilləkənlərdə ayaqqabıların olması, şkaflarda paltarların üst-üstə yığılması və s. qeyd olunmuşdur. Lakin, AQTA əməkdaşları tərəfindən xətanın törədilməsini sübut edəcək videoçəkiliş və ya fotoşəkillər təqdim edə bilməmişlər. Göründüyü kimi, Qərar qəbul olunan zaman inzibati orqanın əməkdaşları tərəfindən X2 müvafiq maddələrinin müddəaları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İ hissəsində qeyd olunur ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən məhkəmədə verilən iddialarda inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş dövlət rüsumunun ödənilməsindən azaddırlar. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi və vəkili X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1 Qida Zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar