Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2231/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi X5 Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:20-də idarə etdiyi “Chevrolet Ccball LTZ” minik markalı **- YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Azadlıq prospektinin M.Rəfi küçəsi ilə kəsişməsindən S.Əsgərova küçəsi ilə kəsişməsi istiqamətində Azadlıq prospektində birtərəfli yolda yolun sol zolağı ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 52-ci maddəsinin İV bəndinin tələblərini pozaraq yolun sol zolağında idarə etdiyi avtomobili saxlamış, həmin Qanunun 52-ci maddəsinin Vİİİ bəndinin tələblərini pozaraq avtomobildən düşmək üçün sol ön qapısını açmış, nəticədə sol zolağın kənarı ilə hərəkətdə olan “Tufan Yalquzaq” markalı 99-X-602 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Baxşiyev Vasif’Baxış oğlunun sağayaq pəncəsi avtomobilin qapısının ətək küncünə dəyərək ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik 1 lüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli 2/7012 saylı “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən yol-nəqliyyat hadisəsi baş verən zaman X1 alkoqol qəbulu əlaməti aşkar edilməmiş, ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli 2/7013 saylı “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən yol-nəqliyyat hadisəsi baş verən zaman Şəxs alkoqol qəbulu əlaməti aşkar edilməmiş, ayıq olmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində idarə eldiyi avtomobillə Nəsimi rayonu, Azadlıq prospekti ilə ”28 Mall” istiqamətə birtəfəli yolda sol zolağın kənarı ilə hərəkətdə olarkən 28 May metrostansiyası Azadlıq prospekti istiqamətə olan yeni çıxışının qarşısında köşkün qabağında sol zolağın kənarında maşında arxa sağ oturacaqda oluran müştərini düşürmək üçün maşını saxlamış, müştəri qapını açıb maşından düşdükdən sonra özü maşından düşmək üçün qapını açanda qapının ətək küncünün sol tərəfdən keçmək istəyən motosiklin sürücüsünün sağ ayaq pəncəsinin üzərinə dəymiş və sonuncunun xəsarət almışdır. Hadisə zamanı ayıq olmuşdur, “Tufan Yalquzaq” markalı 99-X- 602 dövlət qeydiyyat nişanlı motosiklin gəldiyini görməmişdir. Hadisə nəticəsində avtomobilinə zərər dəyməmişdir. Araşdırma zamanı izahatı alınmış zərər çəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi motosikllə Nəsimi rayonu, Azadlıq prospekti ilə “28 Mall” istiqamətə birtəfəli yolda sol zolağın kənarı ilə hərəkətdə olarkən 28 May metrostansiyası Azadlıq prospekti istiqamətə olan yeni çıxışının qarşısında köşkün qabağında sol zolağın kənarı ilə həmin zolaqda hərəkət edən “Chevrolet Cobalt LTZ minik markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən ötmə edərkən avtomobilin sürücüsü maşını saxlayıb sol ön qapısını açmış və bu zaman sağ ayaq pəncəsinin üst hissəsinin avtomobilin qapısının ətək küncünə dəyərək xəsarət almışdır. Baş vermiş hadisə zamanı motosikldə olmuş, hadisə baş verən zaman ayıq olmuşdur. Yolda qarşısında gedən nəqliyyat vasitəsinin tıxac səbəbli dayandığını düşünərək avtomobilin sol tərəfi ilə ötmə etməyə çalışmışdır. Hadisədən əvvəl idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz olmuşdur. Baş vermiş hadisə nəticəsində motosiklinə hər hansı zərər dəyməmişdir. Hadisə baş verən ərəfədə hava şəraiti qaranlıq, asfalt yol örtüyü quru olmuşdur. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2025-cü il tarixli 200 nömrəli rəyindən görünür ki, Vəl. V.B.Baxşıyevin bədənində aşkar olunmuş xəsarətlər - sağ ayaq pəncəsində hematoma. əzilmiş xara və şişkinlik hesabına hərəkət funksiyasının pozulması bərk küt əşxanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddəidə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər \ urmava aiddirlər. Vəl. V.B.Baxşıxevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat açılaraq barəsində toplanmış icraat materiallarının baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi məqsədilə qəbul edilmiş qərarın surəti Nəsimi RPİ-nin X5 Şöbəsinə göndərilməsi qərar alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2231/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2231/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver