Məhkəmə qərarları › İş №3(006)-2239/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2239/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2239/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023 tarixidə, saat 19:53-də ünvan 1 ünvan ilə hərəkətə davam etmək üçün “Hyundai Elantra” minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qarşıdan gələn avtomobillərə yol verib hərəkətə davam etmək istəmişdir. Həmin küçədə sola dönmək üçün əlavə dönmə nişanı olmadığından hər kəs sola dönərkən işıqforun qırmızı işığına düşür. Polis əməkdaşları zolağa nəzarət etmə kamerası olmasına baxmayaraq, kənarda duraraq onun kimi sola dönən avtomobilləri saxlayaraq protokol tərtib edir. O, polis əməkdaşına Qarabağ müharibəsi veteranı olduğunu bildirmiş, lakin buna heç bir məhəl qoymayaraq onun barəsində protokol tərtib edilərək ona 60 manat cərimə tətbiq edilmişdir. O, qəsdən qayda pozmamışdır. Qarşıdan gələn nəqliyyat vasitələrinə yol verib dönmə əməliyyatını apararkən bilmədən qırmızı işığa düşdüyünü bildirmişdir. Həmin küçədə müşahidə kamerası olduğu təqdirdə polis əməkdaşının kənarda işıqforun qırmızı işığında keçən avtomobilləri saxlamaq hansı hüquqa sığır. Məgər sola dönmə işığı quraşdırmaq olmazmı ki, sola dönmə işığında dönmə əməliyyatı yerinə yetirilsin və ya dönmə işığı qoyulsun, yaxud sola hərəkət ləğv edilsin. Göstərilənləri nəzərə alaraq barəsində Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2023-cü il tarixdə, saat 19:53-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, həmin maddə ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Beləliklə müəyyən edilir ki, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cüil tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2023-cü il tarixdə, saat 19:53-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanda hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və bununla bağlı o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs həm şikayətində, həm də məhkəmədə verdiyi izahatında nəqliyyat vasitəsini svetoforun qadağanedici siqnalı verildikdə idarə etməsini inkar etmir, sadəcə olaraq qanunla nəzərdə tutulmamış əsaslar gətirərək bu qərarın ləğv olunmasını istəyir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar