Məhkəmə qərarları › İş №3(006)-2240/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2240/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2240/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin sahə inspektoru tərtib etmiş şəxs: X4 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət st., ev 02-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 28 aprel 2023-cü il tarixdə, saat 04:50 radələrində ünvan 1 ünvanda yerləşən “Depo” aptekdən X3 məxsus 400 manat dəyərində “Samsung S9+” markalı mobil telefon aparatını oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X7 izahatında göstərdi ki, X2 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 28 aprel 2023-cü il tarixdə, saat 04:50 radələrində onun əczaçı olaraq işlədiyi ünvan 1 ünvanda yerləşən “Depo” aptekdən sonuncunun şüşə masanın üzərinə qoyduğu, 400 manat dəyərində olan “Samsung S9+” markalı mobil telefon aparatı oğurlanmışdır. Bu əməli törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş, əməldə cinayət tərkibi olmadığından 04 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur.Şəxs tüfeyli həyat tərzi keçirir, narkotik vasitə istifadəçisidir, əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmçinin, o, cari ilin mart ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Bununla belə Şəxs islah olunmayaraq eyni əməli törətməkdə davam edir. Vurulmuş zərər ödənilməmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən “Depo” aptekdə əczaçı işləyir. xx.xx.2023-cü il tarixdə işdə olarkən şüşə masanın üzərinə 400 manat dəyərində olan “Samsung S9+” markalı mobil telefonunu qoymuş, saat 04:50 radələrində içəri müştəri qismində girən şəxs tərəfindən fikrinin yayındırılması nəticəsində həmin telefon oğurlanmışdır. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Ona ağır tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı yaşadığı ünvana gedərkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Depo” adlı aptekin işlədiyini və içəridə bir qadın işçinin olduğunu görmüşdür. Üzərində pulu olmadığı üçün qərara gəlmişdir ki, içəridən nəsə oğurlayıb satar və əldə etdiyi pulu xərcləyər. Buna görə də içəri daxil olmuş və satıcını şübhələndirməmək üçün ondan müxtəlif dərman adları soruşmağa başlamışdır. Satıcı dərman axtarmağa başladığı zaman o, şüşə vitrinin üzərində bir telefonu görüb onu gizlicə götürmüş, sonra dərman almayaraq çıxıb getmişdir. Oğurladığı telefonu geri qaytaracağına söz verir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək 180 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 may 2023-cü il tarixdə, saat 02:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 may 2023-cü il tarixdə, saat 02:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar