Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2241/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası DİN Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, EQ 611874 saylı qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, EQ 611874 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **-NS-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Barəsində xx/xx/2019-cu il tarixində EQ 611874 saylı protokolun tərtib olunaraq qərarsız protokol şəklində sistemə oturdulmuşdur, iyun ayının əvvəlinə qədər həmin protokollar sistemdə qərarsız olaraq qalmışdır. Bu protokollar haqqında qərar pandemiya dövrü ərəfəsində təxminən iyun ayının əvvəlində qəbul olunaraq həmən protokollar Qərarsız statusundan Qərarlıya keçirilmiş və onun mobil nömrəsinə xx xxxx 2020 -ci il tarixində bu haqda sms göndərilmişdir. Habelə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1- ci madddəsinə görə, inzibati tənbeh İnzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri hökümət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcədə maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri hökümət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddədən də göründüyü kimi inzibati tənbeh ən geci 1 il ərzində verilə bilər. Lakin inzibati xətanın üstündən 2 il müddətdəndə artıq keçmişdir. Habelə, o, siğortanın müddətinin keçdiyini bilərəkdən deyil, icbari sığorta müqaviləsinin müddətinin bitdiyini bilməməzlikdən ödəməmişdir. Çünki siğorta şirkətləri sığorta müqaviləsini vətəndaşlara vermir, bununla da onu inzibati xəta törətməyə məcbur etmişdir. Belə ki, icbari sığortanın məbləği 50 (əlli manat) təşkil edir, 50 (əlli manat) görə, o, səhlənkarlıq edibdə 150 (yüz əlli manat) cərimə olunmağını istəməz. Bundan başqa onu bu haqda Nəsimi rayon Dövlət X8 məlumatlandırmamış, heç bir elektron və ya poçt vasitəsi ilə məlumat göndərməmişlər. Bu səbəbdəndə o, üç dəfə eyni xətaya görə İnzibati məsuliyyətə cəlb olunmuşdur. Habelə, o, elektron ərizə ilə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi vanında Dövlət X8nin rəisi X1 adına onlayn şikayət ünvanlamış və müddəti keçmiş və icra olunmamış qərarların silinməsini xahiş etmişdir. Lakin, elektron qərarların xitam verilməsinə, mümkün olmadığı cavabını almışdır. Qeyd edir ki, imtina poçtla qeydiyyat ünvanına göndərilməmiş, yalnız email adresinə həmin imtina göndərilmişdir. Ona görə də məhkəməyə yalnız email adresə gələn imtinanın surətini təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci madddəsinə görə, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5-ci madddəsinə görə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci madddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almır. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 32.1.3-cü madddəsinə görə inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hall hesab edilir. Belə ki, himayəsində xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 adlı azyaşlı oğlu vardır. Yoldaşı isə qəza nəticəsində rəhmətə getmişdir, o, tək anadır və azyaşlının bütün maddi və mənəvi məsuliyyəti onun üzərindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1.-ci madddəsinə görə rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157—188, 190, 191.1, 195.1, 196, 197, 204- 208,211,221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2-339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368-379, 381-383, 387-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq əsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına . masibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401—404, 406-409, 410.3, 411, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462, (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479-481, 482.1, 496.2, 499.2, 502-504, 506-508, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.1, 562.2, 563.2, 567-569, 571, 573, 574, 590—592, 592-1, 594—596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599—602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilən əsasları və qeyd olunan halları nəzərə alıb Azərbaycan Respublikasının Nəsimi rayon DYPŞ Yol Patrul xidməti tərəfindən barəsində inzibati tənbeh vermə haqqında xx/xx/2019-cu il tarixində EQ 611874 qərarın müddəti keçdiyinə görə, qanuni və ədalətli hesab edilə bilməz, ona görə də həmin qərar və bu qərar əsasında verilmiş nəticələrin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, EQ 611874 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “MERCEDES BENZ C200 MİNİK” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən qanunla müəyyən edilmiş müddətdə sığorta müqaviləsi bağlanılmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən də X5 Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 özünə məxsus “MERCEDES BENZ C200 MİNİK” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən qanunla müəyyən edilmiş müddətdə sığorta müqaviləsi bağlanılmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 611874 saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası DİN Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, EQ 611874 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2241/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2241/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver