Məhkəmə qərarları › İş №3(006)-2242/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2242/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2242/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, şikayətçi X1 iştirakları ilə, şikayətçi X1 Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, EQ 748152 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, EQ 748152 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi V.R.Ağayeva ərizə təqdim edərək bildirmişdir ki, törətdiyi xətanı etiraf edir. Həmin xəta üzrə cəriməni ödəmişdir. Göstərilənləri nəzərə alaraq şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, V.R.Ağayevanın Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, EQ 748152 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R AR A AL D İ: şikayətçi X1 Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, EQ 748152 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar