Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2243/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, EQ 455123 saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, barəsində xx xxxxxx 2018-ci il tarixdə əsassız olaraq protokol tərtib olunmuşdur. xx xxxx 2020-ci il tarixində həmin qərarlar üzrə dəbbə pulu hesablanması barədə mobil nömrəsinə “sms” bildiriş gəlmişdir. O, icbari sığorta müqaviləsinin bitdiyini bilmədiyindən cəriməni ödəməmişdir. Bu barədə məlumatı olsa idi, vaxtında cəriməni ödəyərdi. Qərardan şikayətlə elektron qaydada Dövlət X4 müraciət edərək icra olunmamış və müddəti keçmiş qərarların silinməsini xahiş etsə də, bunu mümkünsüzlüyü barədə onun elektron poçt ünvanına cavab göndərilmişdir. Hazırda qeyd olunan qərar üzrə cəriməni maddi vəziyyəti yaxşı olmadığından ödəməkdə çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan “sms” bildirişlərə dair çıxarışlardan görünür ki, X3 barəsində tərtib edilmiş **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olan EQ 455123 saylı protokola xx xxxx 2020-ci il tarixdən bir faiz dəbbə pulu hesablanmağa başlamış, eyni zamanda xx xxxxxx 2018-ci il tarixli qərarla bağlı xx xxxx 2020-ci il tarixdə “sms” məlumatı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 469.3-cü maddəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edildi ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə təqsirli bilinərək xx xxxxxx 2018-ci il tarixli, EQ 455123 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin şikayətçi həmin protokol üzrə cəriməni ödəmədiyindən məbləğ üzrə dəbbə pulu hesablanmağa başlamışdır. V.Ağayeva şikayətində qeyd olunan xətanı məlumatı olmadığından törətdiyini qeyd etsə də, bu həmin inzibati xətanın mövcudluğu faktını aradan qaldırmır və inzibati xətanı törədən şəxsi məsuliyyətə cəlb olunmaqdan azad etmir. İnzibati Xətalar Məcəlləsinin133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, EQ 455123 saylı inzibati tənbeh vermək haqqında qərardəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2243/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2243/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver