Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2244/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Bakı şəhər BPİ Dövlət X1 Yol-patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna görə Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində «Mercedes Benz ML320 Minik» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və bu zaman onun avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində «Mercedes Benz ML320 Minik» markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməmkdaşları tərəfindən saxlanılmış və ona içkili olması bildirilmişdir. Lakin o, sərxoş olmadığını, həmin vaxt avtomobildə olan övladının xəstə olmasını və ucadan ağlayaraq dayanmadığını və bu səbəbdən onu evə aparıb qoyduqdan sonra qayıdacağını bildirmişdir. Uşağını evə qoyub qayıtdıqdan sonra polis əməkdaşlarına yaxınlaşmış və sürücülük vəsiqəsini təqdim etmək istəmişdir. Bu zaman polis əməkdaşları artıq onun barəsində avtomobili sərxoş idarə etməsinə dair protokol tərtib etdiklərini bildirmişlər. O, protokola etiraz etsə də, öz sürücülük vəsiqəsini qanunun tələbi ilə əlaqədar polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra həmin ərazidən uzaqlaşaraq müvafiq tibb müəssisəsində yoxlamadan keçmiş və orada tərtib olunmuş 2/14598 saylı, xx xxxxxxxx 2020-ci il tarixli aktdan göründüyü kimi onun sərxoş vəziyyətdə olmaması müəyyən olunmuşdur. İzahatının sonunda sərxoş vəziyyətdə avtomobil idarə etmədiyini və heç bir inzibati xəta törətmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında xx.xx.2020-ci il tarixli protokol və protokolda qeyd edilən “Alcovisor-ACE Z-series” markalı AZ 817 nömrəli sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitəyə aid olması ehtimal edilən sənəd olmuşdur. Həmin sənəddə Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23:33 radələrində sərxoş vəziyyətdə olması qeyd olunur. Məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2/14598 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:35 radələrində sərxoş vəziyyətdə olmamışdır. Bu Məcəlləinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəlləsinin 96.5-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sözügedən Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Lakin iş materiallarından aydın olur ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs barəsində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında xx.xx.2020-ci il tarixli protokol tərtib edilsə də, xx xxxxxxxx 2020-ci il tarixli, 2/14598 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoş vəziyyətdə olmaması müəyyən olunmuşdur. Göründüyü kimi, Şəxs barəsində tərtib olunan inzibati xəta haqqında iş üzrə materiallardan onun sərxoşluq vəziyyətində olması sübut olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Bakı şəhər BPİ Dövlət X2 tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2244/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2244/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver