Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2254/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, yaxın tanışlarından birinin “ASAN” xidmət mərkəzlərindən birində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etdiyi zaman polis tərəfindən saxlandığını, daha sonra bunun səbəbinin araşdırılarkən həmin şəxs barəsində xəbərsiz olduğu İnzibati tənbeh vermə barədə qərarlar əsasında cərimələrin tətbiq edildiyi, daha sonra həmin qərarların icraya vönəldiyi məlum olmuşdur. Bundan sonra eyni halın onların da başlarına gələ biləcəyindən narahat olan valideyni xahiş edərək elektron portalı yoxlatmış və məlum olmuşdur ki, onunda da adına cərimə vardır. Cərimə barədə həmin vaxta qədər heç bir məlumatı olmamışdır. Daha sonra cərimənin hansı əsaslara görə tətbiq edildiyini aydınlaşdırmaq üçün öz təşəbbüsü ilə Polis İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən xx.xx.2023-ci il tarixdə daxil olan xx.xx.2023-cü il tarixli 3-13- 13/2-9974/2023 nömrəli məktubla müraciətinə cavab verilmiş və müraciəti barədə tədbir görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildiyi barədə məlumat verilmişdir. Yalnız bundan sonra Nəsimi RPİ-nin 19-cu PB tərəfindən barəsində tərtib edilmiş Protokol və Qərarı əldə etmək mümkün olmuşdur. Məlum olmuşdur ki, o, İXM-nin 211.3-cü mddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təqsirli bilinərək 200.00 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin polis sahə inspektoru X1 tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində İXM-nin 211.3-cü maddəsinə əsasən ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, onun həmin protokolun tərtib edilməsindən xəbəri olmamış, izahatı alınmamış, protokola imza etdirilməmişdir. Nə hamin protokol, nə də protokol osasında vəzifəli şəxs, rəis X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli Qərar inzibati xətalara dair qanunvericiliyin tələblərinə zidd olaraq ona rəsmi olaraq çatdırılmamşdır. Həmçinin də Qərar qəbul edilən zaman ona heç bir məlumat verilməmiş, nə onun, nə də nümayəndəsinin iştirak təmin olunmamışdır. Hər iki sənəd qanunsuz və əsassız tərtib olunmuş, işin faktiki hallarını qəti surətdə düzgün əks etdirmir. Hesab edir ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərar məhkəmə tərəfindən aşağıdakı səbəblərə görə ləğv edilməlidir:
1. Azərbaycan Respublikası İXM-in 110-cu maddəsinin 2-ci hissəsinə əsasən yetkinlik vaşına yatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Protokol və Qərar qəbul edilən zaman onun 18 yaşı tamam olmasa da (xx.xx.2004-cü il tarixdə anadan olmuş) , inzibati orqan qanunvericiliyin bu tələbini də pozmuş, işə adiyyət qaydası pozulmaqla baxılmışdır.
2. İXM 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş ü/rə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında icraatın aparılmasından ona ümumiyyətlə məlumat verilməmişdir.
3. İXM-nin 63-cü maddəsinin 6-cı hisssinə əsasan on səkkiz, yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Lakin işə baxılarkən məcəllənin bu tələbinə də əməl edilməmiş, onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir.
4. Protokol və qərar tərtib edilən zaman işin halları araşdırılmamış, əməldə inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməmişdir. Məhkəməyə bildirir ki, o, uzun müddətdir ki, 1 nömrəli Respublika Dəri-Zöhrəvi Dispanserində infeksiyalaşmış sıznaq diaqnozu ilə ambulator müalicə alır. Protokolun yazıldığı dövrdə də müalicə almaqda davam etmişdir. Hazırda da müalicə kursları davam etməkdədir. Fərdi qoruyucu vasitə sintetik materialdan hazırlandığı üçün onu istifadə edən zaman dərisində allergiya yaranır, qızartı və qaşınma onu hədsiz narahat edirmiş. Digər tərəfdən də eynək taxdığı üçün maska istifadə edən zaman şüşələri tərləyir, ətraf gözündə görünməz olmuşdur. Buna görə də qeyd etdiyi vəziyyətdə hərəkət etmək onun üçün təhlükə yaratmışdır. Barəsində inzibati icraat aparılan zaman ona heç bir məlumat verilmədiyi üçün həmin dövrdə əməldə inzibati xətanın tərkib hissəsini istisna edən halların mövcudluğu barədə dəlilləri və sənədləri təqdim etmək imkanı olmamışdır.
5. Onun əməlində inzibati xətanın subyektiv cəhəti olmadığı üçün inzibati xətanın tərkibi də möcvud olmamışdır. Yuxarıda qeyd olunan əsaslara görə hesab edir ki, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, İXM-nin 211.3-cü maddəsinə əsasən başlanmış icraara xitam verilməlidir. O, 2021-ci ilik sentyabr ayının sonunda təhsil aldığı Bakı Dövlət Universitetindən çıxıb evə gedən zaman ictimai nəqliyyatda bir nəfər polis əməkdaşı ona maska ilə üzünü tam qapamamağını irad tutmuşdur. O isə həm eynək taxdığı, həm də üz dərisində problemlə bağlı müalicə aldığım, dərmanlardan istifadə etdiyim, maskanı tam üzümə çəkən zaman həm eynəyimin tərlədiyini, həm də dərimdə allergik reaksiyanın yarandığını, müalicə aldığı tibb müəssisəsinin sənədlərini də təqdim edə biləcəyini bildirmiş, lakin polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxaraq özünə qaytarmışdır. Daha sonralar isə ona nə protokol, nə də qərar rəsmi surətdə təqdim olunmamışdır. Üstündən təxminən 1 il 5 ay müddət keçəndən sonra barəsində cərimə tətbiq olunduğunu öyrənmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin rəisi X3 tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində ******* nömrəli qərar tərtib edilərək İXM-nin 211.3 cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, 1. əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdər və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İnzibati orqan tərəfindən tərkib əlamətlərinin məcmun şəklində mövcud olmasının yoxlanılması istiqamətində heç bir icraat aparılmamışdır. Qərarda onun ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməyim göstərilməmiş, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qevd edilməmişdir. 2. şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin onun barəsində protokol tərtib olunmasından belə xəbəri olmamış, ona görə də həmin dövrdə münasibətini bildirmək, etiraz və sübutlarını təqdim etmək imkanı da olmamışdır. İş materiallarından da göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə bağlı razılığı olmadığı halda, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Beləliklə səlahivvətli orqan inzibati xəta haqqında işə baxarkən səlahəyvət həddini aşaraq qanunsuz olaraq qərar qəbul edərək İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşdur. İXM-nin 6.1-ci maddəsinə əsəsən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 3. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən xx.xx.2021-oi il tarixdə barəsində İXM-nin 211.3 ci maddəsinə əsasən ******* nömrəli protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən İXM-nin 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarımı kobud şəkildə pozaraq həmin hüquqlarından qanunamüvaliq istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: isin baxılması tarixinin və yerinin təyin edilməsi; işin baxılmasında iştirak elmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması və digər prosessual hərəkətlər icra edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.19-cu maddsəinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Lakin Səlahiyyəti olmayan vəzifəli şəxs səlahiyyət həddini aşaraq barəsində qanunsuz olaraq formal olaraq tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi RPİ-nin 19-cu PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi RPİ-nin 19-cu PB-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 221.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXMnin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapdığından xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qəraraaldı:
Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Solmaz Mustafayeva