Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2257/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, şikayətçi X6 nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası öınək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən Qululu Rövşən Hicran oğlu, X4 və X2 əmək müqaviləsinə xitam verilən zaman son haqqhesabların ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulması səbəbindən barəmdə MN № ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1.000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X7 14 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanusuz hesab etdiyi üçün məhkəməyə şikayət vermişdir. Şikayətdə sadaladığı əsaslar üzrə həmin qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, R.H.Qululu, F.M.Muradlı və Z.A.Sifanov "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” alt sitseminə baxış keçirilməsi və vətəndaşlar tərəfindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışlarının təhlili nəticəsində "xxxx" MMC-nin rəhbərliyi ilə Z.A.Sifanov arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi, son haqq-hesabının xx.xx.2023-cü il tarixdə edənildiyi, F.M.Muradlı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyi, son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin rəhbərliyi ilə R.H.Qululu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi i!ə xitam verilmiş, lakin vətəndaşın təqdim etdiyi xx.xx.2021 -xx.xx.2023-cü il dövrlərini əhatə edən əmək haqqı bank hesabından sonuncu dəfə xx.xx.2022-ci il tarixində müəssisə tərəfindən 17-1.47 manat ödənildiyi məlum olmuşdur. Qeyd olunan şikayətlə bağlı bildirir ki, F.M.Muradlı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xilam verilmişdir. Z.A.Sifanov arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. F.M.Muradlı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “u” bəndi ilə xitam verilmişdir. Göründüyü kimi, R.H.Qululu, F.M.Muradlı və Z.A.Sifanov ilə bağlanılmış əmək müqaviləiərinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə xitam verilmişdir. 1) “İnzibatçı” vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin (bundan sonra işəgötürən) sabiq Z.A.Sifanov xx.xx.2023-cü il tarixində Müfəttişliyə şikayət edərək xx.xx.2023-cü il tarixində “tərəllərdən birinin təşəbbüsü” əsası ilə əmək müqaviləsinə xitam verildiyini, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, o cümlədən, 2022-ci ilin dekabr ayı, 2023-cü ilir yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilmədiyini bildirmişdir. X5 təqdim edilən sənədlərdən göründüyü kimi, Z.A.Sifanov arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitanı verilmiş və son haqq-hesabı isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. 2) “Anbardar” vəzifəsindən azad edilniş "xxxx" MMC-nin (bundan sonra - işəgötürən) sabiq F.M.Muradlı xx.xx.2023-cü il tarixində müfəttişliyə şikayət edərək xx.xx.2018-ci il tarixindən xx.xx.2023cü il tarixinədək "xxxx" MMC-də “anbardar əziləsi üzrə əmək fəaliyyətinə cəlb edildiyini, xx.xx.2023-ci il tarixində “tərəflərdən birinin təşəbbüsü” əsası ilə əmək müqaviləsinə xitam verildiyini, 2022-ci ilin dekabr ayı, cari ilin yanvar, fevral ayları üzrə əmək haqqı ödənişinin verilmədiyini bildirmişdir. 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilmədiyini bildirmişdir. X5 təqdim edilən sənədlərdən göründüyü kimi, F.M.Muradlı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmiş və son haqq-hesabı isə xx.xx.2023cü il tarixdə ödənilmişdir. 3) "xxxx" MMC-nin (bundan sonra - işəgötürən) sabiq işçisi R.H.Qululu xx.xx.2023-cü il tarixində müləttişliyə şikayət edərək "xxxx" MMC-də işlədiyini, fevral ayının 3-də işdən azad edilməsi barədə əmr verildiyini, lakin oktyabr, noyabr, dekabr, yanvar ayı üçün olan əmək haqqı kompensasiya edilmədiyini bildirmişdir. Bu barədə bildirir ki, R.H.Qululu həmin dövrlər üçün işə gəlmədiyi halda əmək haqqı tələb etmişdir. Göründüyü kimi, X8 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən inzibati xəta haqqında inzibati tənbeh tətbiq edilməzilən öncə inzibat xətaya səbəb olan hallar aradan qaldırılmış, işçilərə ödənilən son haqq-hesablar ödənilmişdir. Müfəttişlik iddiada olmayan və ya şikayət verilməyən bir tələblərə baxmış və səlahiyyətlərindən sui-istiladə edərək bu məsələ ilə qismən bağlılığı olan istiqamətdə MMC-də əmək qanunvericiliyinin pozulması halının aşkar edilməsinə çalışmışdır. Belə ki, Müfəttişlik məsələni araşdırarkən guya müəyyən etmişdir ki, işəgötürən R.H.Qululu, F.M.Muradlı və Z.A.Sifanovun əmək müqaviləsinə xitam verərkən onun son haqq-hesabını üzrsüz səbəbdən gecikdirərək vaxtında ödəməmiş, yəni əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq işçiyə son haqq-hesab üzrsüz səbəbdən xx.xx.2023-cü il tarixində verilmişdir. Əlavə olaraq qeyd edir ki, son haqq-hesabın ödənilməsinin gecikdirilməsi MMC-nin hesablarında həbs qoyulması olmuşdur və ona görə də bank hesablarında əməliyyatlar aparılması mümkünsüz olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 25 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1.000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi 14 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqınıla iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ə.T.Əsgərovun nümayəndəsi A.M.Hacıyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, sabiq işçiləri onlara məzuniyyət haqqlarının verilməməsi ilə bağlı Əmək müfəttişliyinə müraciət etmişlər, həmin müraciət əsasında araşdırma aparılmış, son haqq-hesabın düzgün hesablandığ, lakin həmin şəxslərə ödəniş edilmədiyi aşkar edilmişdir. Bununla bağlı bildirmişdir ki, icra işi ilə bağlı "xxxx" MMC-nin bank hesablarına inkasso sərəncamı qoyulmuşdur, buna görə də sabiq işçilərinin son haqq-hesab, məzuniyyət pullarının ödənilməsi gecikdirilmişdir. Əmək müfəttişliyində araşdırma aparılarkən, yəni protokol tərtib edilməmişdən öncə artıq həmin işçilərə ödənilməli olan pul vəsaitləri ödənilmiş və baş vermiş inzibati xəta hadisəsi aradan qaldırılmışdır. Göstərilənləri, inzibati protokol tərtib edilməmişdən qabaq ödənişlərinin həyata keçirilməsini, inzibati xəta hadisəsinin aradan qaldırılmasını, qəbul edilmiş qərarın əsassız olmasını nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi E.İ.Əliyev şikayətlə razılaşmayaraq şikayətin təmin edilməməsini və qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, vətəndaşlar R.H.Qululu, F.M.Muradlı və Z.A.Sifanovun əmək müqavilələrinə xitam verilən zaman son haqq-hesablarının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin pozulmuş, buna görə də "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ə.T.Əsgərov tərəfindən R.H.Qululu, F.M.Muradlı və Z.A.Sifanovun əmək müqavilələrinə xitam verilən zaman son haqq-hesablarının ödənilməsində qanun pozuntularına yol verilmiş buna görə də sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin hesabında olan 1645,37 manat məbləğində olan pul vəsaitinə inkasso sərəncamı qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin hesabında olan 23.505,30 manat məbləğində olan pul vəsaitinə inkasso sərəncamı qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin hesabında olan 3.260 manat məbləğində olan pul vəsaitinə inkasso sərəncamı qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin hesabında olan 228,20 manat məbləğində olan pul vəsaitinə inkasso sərəncamı qoyulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-də inzibatçı Z.A.Sifahanov, anbardar F.M.Muradlı xx.xx.2023-cü il tarixdə və R.H.Qululu isə xx.xx.2023-cü il tarixdə əmək müfəttişliyinə müraciət edərək işdən çıxarılarkən onlara son məzuniyyət haqlarının verilmədiyini bildirmiş, müfəttişliyin əməkdaşları tərəfindən araşdırma aparılmış və sabiq işçilərə həqiqətəndə ödənişlərin edilmədiyi aşkar edilmişdir. Bundan sonra, "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-də işləmiş inzibatçı Z.A.Sifahanova və anbardar F.M.Muradlıya xx.xx.2023-cü il tarixdə, eləcə də R.H.Qululu isə xx.xx.2023-cü il tarixdə son məzuniyyət haqları verilmiş, buna baxmayaraq bu hal müfəttişlik tərəfindən nəzərə alınmayaraq xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və inzibati xəta hadisəsi MMC tərəfindən aradan qaldırılmasına baxmayaraq xx.xx.2023cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək MMC-nin direktoru cərimə edilmişdir. Bundan başqa, əmək müfəttişliyi tərəfindən protokol tərtib edilərkən MMC-nin bank hesablarına inkasso sərəncamlarının qoyulması, yəni işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı halda işçinin əmək və məzuniyyət haqlarının ödəməməsi də nəzərə alınmamışdır. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov tərəfindən sabiq işçilərə ödənişlər edilmişdir. Buna görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Ə.T.Əsgərovun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş Ə.T.Əsgərovun əməlində inzibati xəta hadisəsi yoxdur. Həmçinin Ə.T.Əsgərovun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş Ə.T.Əsgərova münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ə.T.Əsgərovun əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2257/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2257/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver