Məhkəmə qərarları › İş №3(006)-2259/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2259/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2259/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi Z.N.Cəfərov ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 28 May küçəsi ilə ona məxsus 90RT400 Porsche Panamera minik avtomobili ilə yolun orta zolağı ilə hərəkət etmişdir. 28 May küçəsinin Rəşid Behbudov küçəsiylə kəsişməsindən düz keçərək yoluna davam etmiş, bu zaman yol polisi onun arxasıyca gələrək maşını saxlamasını tələb etmiş, o, isə yol polisinin əmrini eşidən kimi ehtiyatla elə 28 May küçəsində Nizami kinoteatrına çatmamış yolun solunda yerləşən BNA-nın kamerasının altında saxlamış, yol polisi isə hərəkətini davam etdirib, işıqforu keçərək Bül- Bül prospektində sola dönüb, yolun sağında saxlamasını tələb etdi. O, da yol polisinin əmrinə uyğun olaraq, yolu keçib, sola dönərək, yolun sağında saxladı Daha sonra YPX baş inspektor X3 ona yaxınlaşaraq bildirdi ki, o, İnzibati Xətalar Məcəlləsinin 327.3. və 327.1. maddələrini pozmuşdur. O, səbəbi izah edərək bildirdi ki, 28 May küçəsiylə Rəşid Behbudov küçəsinin kəsişməsində o, yol nişanının tələblərinə əməl etməmiş, sola dönmək məcburiyyəti olan zolaqdan düz gəlmişdir, O, isə ona bildirmişdir ki, orada yol nişanı yolun sağında düzünə və sağa göstərir. Zolaqlar üzrə hərəkətlənmə isə ГOCT 23457-86 və “Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti” ilə nizamlanır. Əgər yollarda yalnız sağa və ya sola dönmə edilibsə, o zaman məcburedici və ya əmredici nişanlanmalı deyil, buraya 5.8.1 və 5.8.2 nişanı tikilməlidir. Sözü gedən nişanlarsa heç biri yoxdur. Yol polisi isə ona bildirdi ki, həmin nişanlar quraşdırılmasa da, yerdə çəkilmişdir. O, isə bildirmişdir ki, zolaqlar üzrə hərəkət yalnız yerdə təşkil oluna bilməz. Çünki əvvəla buna ГOCT 23457- 86 standartları icazə vermir, həmçinin də məntiqən Bakının ən sıx tixacı olan küçələrindən birində zolaqlar üzrə hərəkət yol üzərindəki nişana uyğun təşkil edilə bilməz, çünki həmin yolda avtomobillər o qədər sıx olur ki, yerdəki nişanlanmanı görmək mümkün deyil. Qanunvericilik deyir ki, 5.8.1 və 5.8.2 nişanları yolayrıcında elə qurmalıdır ki, sürücü əvvəlcədən nişanı görsün və vaxtında 1.1 planı başlamadan zolağı dəyişdirilməlidir. Əgər sürücüyə bu nişanı görmək çətinliyi yaranırsa, bu nişanlar yolayrıcına qədər də, təkrarlanmalıdır. Burada isə görmək mümkün deyil və zolaqlar üzrə yol kənarında sürücünün başı üzərində məcburi hərəkət nişanı nəinki təkrarlanmır, heç biri də yoxdur. Bundan sonra isə YPX baş inspektor H.R.Rüstəmov bu məsələ barədə fikir mübahisəsi etməyi dayandırıb, bildirdi ki, o, həmçinin İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsini də pozmuşdur. Yəni müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat cərimə olunur. O, isə izah etmişdir ki, “X7” Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi qanunsuzdur. Həm də o, həqiqətən də əmrə tabe olmuş, əvvəldə qeyd etdiyi kimi yol polisinin saxla əmrini eşidən kimi dərhal maşını saxlamış, daha sonra isə yol polisi özü ona yolu keçib sola dönərək sağda saxlamasını əmr etmiş və o, buna da tabe olmuşdur. Bundan başqa yol polisi əməkdaşına bildirmişdir , yol polisi nəqliyyat vasitəsinə saxla əmrini fit və jestlə işarə verməli və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə etməlidir. Lakin polis buna məhəl qoymaraq, ona yenə də bu cəriməni də yazdı. Daha sonra o, Asanpay portalı vasitəsilə özü barəsində yazılmış İXP ******* nömrəli protokoldan şikayətini bildirmiş, onun şikayəti əsasında araşdırma aparan Bakı şəhəri DYPİ polis mayoru X4 şikayət etdiyi protokolu qüvvədə saxlayaraq, onun barəsində TP ******* nömrəli qərar verdi. Qərar ona xx.xx.2023-cü ildə təqdim olundu. Lakin qərar verilərkən də onun heç bir təqsiri qanunvericiliklə ona sübut olunmadı. Zolaqlar üzrə hərəkətlənmə isə ГОСТ 23457-86 və “Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti” ilə nizamlanır. Əgər yollarda yalnız sağa və ya sola dönmə edilibsə, o zaman məcburedici və ya əmredici nişanlanmalı deyil, buraya 5.8.1 və 5.8.2 nişanı tikilməlidir. Standarta uyğun olaraq, 1.18 nişanlanması intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr qalmış iki və ya üç dəfə təkrarlanmalıdır. Burada isə nəinki təkrarlanır, ümumiyyətlə, bu nişanların heç biri yoxdur. “X7” Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi qanunsuzdur. Göstərilənləri nəzərə alaraq İXP ******* nömrəli protokol barədə TP ******* nömrəli Bakı şəhəri BPİ tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Z.N.Cəfərov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, Z.N.Cəfərov xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, 28 May küçəsi ilə ona məxsus 90RT400 Porsche Panamera minik avtomobili ilə yolun orta zolağı ilə hərəkət etmiş, 28 May küçəsinin Rəşid Behbudov küçəsiylə kəsişməsindən düz keçərək yoluna davam etmişdir. Həmçinin polis əməkdaşının saxla əmrinə tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Z.N.Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Z.N.Cəfərov xx.xx.2023-cü il tarixdə, ona məxsus 90RT400 Porsche Panamera minik avtomobili ilə Bakı şəhəri, 28 May küçəsi ilə hərəkət edərkən yolun orta zolağı ilə hərəkət edən zaman yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetiməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Z.N.Cəfərov xx.xx.2023-cü il tarixdə, ona məxsus 90RT400 Porsche Panamera minik avtomobili ilə Bakı şəhəri, 28 May küçəsi ilə hərəkət edərkən yolun orta zolağı ilə hərəkət edən zaman yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetiməmiş, bu hal Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinə quraşdırılmış “i-patrul” sistemi vasitəsilə aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, Z.N.Cəfərovun barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, Z.N.Cəfərov həqiqətəndə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetiməmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi Z.N.Cəfərovun xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 28 May küçəsi ilə hərəkət edərkən yolun orta zolağı ilə hərəkət edən zaman yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetiməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Z.N.Cəfərovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar