Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2261/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis kapitanı – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş 02 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 aprel 2025-ci il tarixdə, saat 06:50 radələrinfə Nəsimi rayonu, R.Səfərov küçəsi 159 ünvanının yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis kapitanı – X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 02 aprel 2025-ci tarixdə səhər 06 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş və bir neçə polis əməkdaşı qaraşılarla bağlı reyd aparıldığını bildirmişdir. O, polis əməkdaşlarına qaraçılarında insan olduğunu, maddi vəziyyətləri qənaətbəxş olmadığından evini kirayə verdiyini bildirmişdir. O, həmin vaxt polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Qeyd etiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı – X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:50 radələrində xidməti zərurət ilə əlaqədar Nəsimi Rayon Polis 20-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Əlibəyli ilə birlikdə polis şöbəsinin xidməti ərazisi olan ünvan 2 ünvanında yaşayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatlarını yoxlamaq məqsədi ilə yaxınlaşmışlar. Özünü həmin evin sahibi kimi təqdim edən şəxs “niyə gəlmisiz?” “gedin işinizlə məşğul olun” kimi ifadələr işlədərək onları təhqir etmişdir. Bu səbəbdən də onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. O, özü haqda məlumat verməkdən imtina edərək, onları nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Həmin şəxsi nizam-intizama dəvət edərək şəxsiyyətini müəyyən olunması üçün ərazi üzrə 20-ci Polis Bölməsinə dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq, hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Tərəflərindən fiziki qüvvə tətbiq edilərək həmin şəxs xidməti avtomobilə əyləşdirilmiş, sonuncu avtomobildə olarkən başını bir neçə dəfə avtomobilin dəmir barmaqlarına vuraraq özünə xəsarət yetirmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis kapitanı – X3 tərəfindən tərtib edilmiş 02 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 02 aprel 2025-ci il tarixdə, saat 06:50 radələrinfə Nəsimi rayonu, R.Səfərov küçəsi 159 ünvanının yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 07:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 02 aprel 2025-ci il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini – polis əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 07:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 07:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2261/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2261/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver