Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2271/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs Selami oğlunun iştirakları ilə, xx.xx.1959-cu ildə Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Selami oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 27.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı Apelyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli, 2(103)-815/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 1000 manat, 55129,83 ABŞ dolları məbləğində pul vəsaiti tələbkar məbləğində pul X2 xeyrinə ödənilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri lazımi qaydada icra etməmiş, icra sənədi üzrə borcunu ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, borclu Şəxs Selami oğluna edilmiş xəbərdarlığa baxmayaraq o, Bakı Apelyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli, 2(103)-815/2019 saylı icra vərəqəsi üzrə müəyyən edilmiş borcu icra etməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti orqanlara sorğular verilmiş, lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs Selami oğlu bildirdi ki, rəhbəri olduğu "xxxx" MMC müflis olmuşdur. Hazırda gəliri olmadığı üçün ödəniş edə bilmir. Lakin alacaqları var. Onları aldığı təqdirdə borcu da geri qaytaracaqdır. Hazırda tələbkarla borcun ilin sonuna kimi ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 borcun bu ilin sonuna kimi ödənilməsi ilə bağlı razılığa gəldiklərini, Şəxs Selami oğlundan şikayəti olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Selami oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli, 2(103)-815/2019 saylı icra vərəqəsinə əsasən ödənilməmiş əmək haqqına görə 55129,83 ABŞ dolları məbləğində pul vəsaiti və 1000 manat məbləğində mənəvi zərər cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan tələbkarın ərizəsindən görünür ki, onlar borclu Şəxs ilə aralarında razılığa gəlmişlər. Şəxs ilin sonuna kimi ona olan borcunu ödəyəcəyini bildirdiyi üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs Selami oğlu icra sənədinin icrasından yayınmır, məhkəmə iclasında tələbkar X4 olan borcunu ilin sonuna kimi ödəyəcəyinə dair öhdəlik götürmüş, bununla bağlı tərəflər razılığa gəlmişlər. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Selami oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Selami oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2271/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2271/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver