Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2277/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu 22-ci polis şöbəsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1984-cü il tarixdə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Al” marketdən 19 manat dəyərində “Cухов” markalı spirtli içki oğurlamış, habelə xx.xx.2024-cü il tarixdə 15 manat dəyərində bir ədəd “Zimof” markalı spirtli içkini oğurlamağa cəhd etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanda yerləşən “Al” marketə müştəri qismində daxil olan şəxs 15 manat dəyərində bir ədəd “Zimof” markalı spirtli içkini gizli şəkildə götürərək mağazadan çıxan zaman həmin şəxs aşkar olunmuş və bu barədə polisə məlumat verilmişdir. Daha sonra mağazada quraşdırılmış kameraya baxarkən o da məlum olmuşdur ki, həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:44 radələrində bir ədəd 19 manat dəyərində “Cухов” markalı spirtli içki də oğurlamışdır. Bu əməli törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş, əməldə cinayət tərkibi olmadığından 06 iyun 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Şəxs əvvəllər də oğurluq cinayətinə görə məhkum edilmişdir. Qeyd olunanlara əsasən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən Al marketin müdiridir. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində marketə müştəri qismində daxil olan şəxs 15 manat dəyərində bir ədəd “Zimof” markalı spirtli içkini gizli şəkildə götürərək mağazadan çıxan zaman saxlanılmış və bu barədə polisə məlumat verilmişdir. Daha sonra mağazanın müşahidə kameralarına baxan zaman həmin şəxsin xx.xx.2024-cü il tarixdə, saat 18:44 radələrində bir ədəd 19 manat dəyərində “Cухов” markalı spirtli içki oğurladığı məlum olmuşdur. Vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, işsizdir, onun Bakı şəhərində daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda qalır. O, həmin mağazadan əvvəllər də iki dəfə oğurluq etmiş, üçünücü dəfə araq oğurlayan zaman onu saxlayıb hadisə barədə polisə məlumat vermişlər. Bir daha belə hərəkətlərə yol veməyəcək. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, spirtli içki aludəçisidir, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün belə hərəkətə yol vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 iyun 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdə, saat 18:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2277/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2277/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver