Məhkəmə qərarları › İş №3(006)-2280/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2280/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2280/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərarı qəbul etmiş qurum: Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X2 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonunun Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 05 may 2023-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərara görə Şəxs ünvan 1 ünvanda yerləşən obyekti 2020-ci ilin aprel ayında “Elxan” adlı şəxsdən aylıq 400 manata aralarında icarə müqaviləsi bağlanmadan icarəyə götürmüş, 2022-ci ilin may ayına kimi həmin obyekti “N1 Studio” adlı bərbərxana kimi 04 nəfər şəxslə icarə müqaviləsi bağlamadan stolun birini ilk iki ay 150 manata, qalan aylarda isə 200 manata icarəyə verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X4 qərarda qeyd olunanlara uyğun izahat verərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində icraat aparılan şəxsin inzibati xəta nəticəsində vurduğu ziyanın (əldə edilmiş gəlirin) həcmi müəyyən edilmədiyi üçün “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında inzibati xəta törətmiş şəxsin inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi göstərilmişdir. Lakin, hazırki qərarda və ona əlavə edilmiş sənədlərdə bu ziyanın (əldə edilmiş gəlirin) məbləği dəqiq olaraq göstərilmədiyindən onu müəyyən etmək olmur. Belə olan halda da işə baxılması mümkün deyil. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 05 may 2023-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərara və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar