Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2283/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 03 sentyabr 2022-ci il tarixdə, 14:05 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində olan zaman yol polisi əməkdaşı X6 idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona “saxla” əmri vermiş və kobud bir şəkildə onun avtomobilinin ön yan hissədən şüşəsinin birində qanunla tətbiqinə icazə olmayan örtükdən istifadə olunduğunu bildirmişdir. Halbuki ona avtomobilini gömrük rəsmiləşdirilməsi zamanı bununla bağlı heç bir məlumat verilməmiş eyni zamanda yol polisi əməkdaşları tərəfindən texniki baxış keçirilən zaman heç bir örtüyə rast gəlinməmişdir. Avtomobilinin ön hissəsinin birində (avtomobillər xaricdən gəldiyinə görə) görünməyən şəffaf bir örtük olmuşdur. Bildirir ki, qəsdən istifadə olunmuş örtük olsa hər iki tərəfdə olardı, sadəcə bir tərəfdə deyil. Örtük o qədər şəffaf vəziyyətdədir ki, o, nə gömrük əməkdaşları, nə də ki, texniki baxış zamanı polis əməkdaşları tərəfindən görülməmiş, əks halda yerindəcə şüşədən sökülməli idi. Həmçinin, o, polis əməkdaşı E.S.Qasımova bildirmişdir ki, bu örütüyü özü belə görməmiş və yerindəcə pozuntunu aradan qaldıraraq həmin örtüyü özü sökmüşdür. Lakin polis əməkdaşı buna məhəl qoymayaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən 150 manat məbləğində cərimələmişdir. Halbuki qeyd olunan maddənin tələbi avtomobilin yan şüşələrində olduğu halda qüvvədədir, onun avtomobilində isə sadəcə bir şüşədə aşkarlanmışdır. Qeyd olunan hadisə əgər rəsmi formada qeydə alınmışsa videogörüntüdə öz əksini tapacaqdır. İnzibati tənbeh vermə haqqında qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində baş tutmuş məhkəmədə “şikayət qismən təmin edilsin” başlığı adı altında aldığı qərara əsasən hər iki səfər Bakı şəhər DYPİ-nə hadisənin yenidən araşdırılması və baxılması üçün müraciət etmişdir. Etdiyi müraciətlər zamanı heç bir araşdırılma aparılmadan həmin inzibati tənbeh vermə haqqında qərarın sadəcə tarixini dəyişərək yeni tarix və fərqli seriya nömrəli protokol ilə eyni maddə başlığı adı altında qərarı ona təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 yuxarıda göstərilən məzmunda izahat verərək, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs X5 qanun pozuntusu etmişdir. Yol hərəkəti haqqında qanun 7 saylı əlavəsində göstərilmişdir ki, ban şüşələrə örtük çəkilməsi qadağandır. Elçin Fətəliyevin qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Həmçinin, Elçin Fətəliyev qeyd edir ki, gömrükdən keçərkən üzərində olmuşdur. Lakin bəlkə də gömrük nəzarətindən keçdikdən sonra həmin örtüyü şəxsin özü çəkmişdir. Qərarları qismən ləğv olunduqdan sonra yenidən araşdırma apararaq Elçin Fətəliyevin tənbeh olunması barədə qərar qəbul etmişlər. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayəti və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 3(006)-3808/2022 saylı qərarından görünür ki, Bakı Şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-832/2023 saylı qərarından görünür ki, Bakı Şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1843/2023 saylı qərarından görünür ki, Bakı Şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Bakı Şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi üzrə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər X11 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan, habelə mövcud olan məhkəmə qərarlarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2283/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2283/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver