Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-229/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 18.12.2021-ci il tarixdə ünvan 2də yaşayan Zərərçəkmiş şəxs məxsus “Daewoo Gentra” markalı avtomobildən 280 manat pul və baş etibarnaməni oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 18.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olub yaşadığı ünvanın qarşısında saxladığı “Daewoo Gentra” markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobildən içərisində 280 manat məbləğində pul oğurlamaqla, sonuncuya maddi ziyan yetirmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, 18.12.2021-ci il tarixdə “Daewoo Gentra” markalı avtomobildən 280 manat pul və baş etibarnamə oğurlamışdır. Əməlindən peşmandır. Vurduğu zərəri ödəmişdir. Hazırda zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, 17.12.2021-ci il tarixdə özünə məxsus “Daewoo Gentra” markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobili yaşadığı ünvan 2 ünvanının qarşısında saxlamış, qayıdanda avtomobilin kilidinin açıq olduğunu görmüş və ona məxsus 280 manat pulun və baş etibarnamənin oğurlandığını aşkar etmişdir. Hadisə ilə bağlı polisə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 28.12.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış HK-1/3283 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomaşından oğurluq etmiş naməlum şəxsin tapılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən barəsində inzibati tədbir görülməsi məqsədilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-yə göndərilmişdir. İş materiallarında olan 12.01.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, Zərərçəkmiş şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-229/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-229/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver