Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2292/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, şikayətçi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X3 nümayəndəsi X5, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra “İdarə”) tərəfindən “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin direktoru Ə.İ.Qasımov barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, sonra isə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İdarənin qeyd edilən qərarı pubik hüquqi şəxsə xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunun verdiyi şikayət vermə hüququndan istifadə edərək aşağıda göstərilən səbəblərə görə hesab edirik ki, İdarənin xx.xx.2022-ci il tarixli, MN 035606 saylı qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və buna görə də ləğv edilməli, İdarə tərəfindən iş üzrə qeyd edilən qərarın ləğv edilməsinə dair qərar qəbul edilməlidir. X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının əsaslandığı hallar: İdarə öz qərarını onunla əsaslandırmışdır ki, “X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olnaqla, qanun pozuntularına yol verilmişdir”. “İdarəöz qərarının hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 192.4 maddələrinə istinad etmişdir. Hesab edir ki, İdarənin yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, “İdarə” barəsində inzibati xəta haqqında iş üzrə aparılan vəzifəli şəxsin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və iştirakı olmadan işə birtərəfli qaydada baxaraq sözügedən qərarını qəbul etmişdir, İdarə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsini qərarında göstərsə də bu barədə işə materiallarında hər hansı bir təsdiqedici sənəd (xəbərnamə və s.) mövcud deyildir. İdarə” tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən vəzifəli şəxs məlumatlandırılmamışdır, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolda bu barədə hər hansı bir qeyd aparılmamışdır, bu da qanunvericiliyini tələblərinə kobud şəkildə pozulması deməkdir. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin 97-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə direktorun köməkçisi (keçmiş) X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşçinin son haqq-hesabı xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Belə ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşir və hər ay o cümlədən 2022-ci ilin mart ayı üçün maliyyənin açılmasına dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məktub ünvanlanır. Kassa limitləri üzrə sifarişdə göstərilən vəsait ayrıldıqdan sonra təyinatı üzrə ödənilməsi təmin edilir. Qeyd edilən maliyyələşmə ayda bir dəfə baş verdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə büdcə təşkilatları tərəfindən əməl edilməsi qeyri-mümkündür. Göründüyü kimi, inzibati xəta hadisəsi və ya tərkibi yaranmamış və buna görə də “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin direktoru Ə.İ.Qasımov barəsində inzibati cərimə tətbiq oluna bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi R.A.Babayev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” İcbari Tibbi Sığortanın tabeliyindədir və dövlətin maliyyəsi ilə maliyyələşir. İşçi özünün xitam ərizəsi ilə işdən çıxmışdır və ona son haqqhesablar tam ödənilmişdir, lakin ödəniş gec olmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi S.C.Cəmşidova şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş X7 xx.xx.2022-ci il tarixdə X8 Xidmətinin Bakı Şəhər İdarəsində izahatında göstərmişdir ki, o, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən işçi işdən çıxdığı gün bütün haqq-hesabları ödənilməlidir. Lakin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” tərəfindən vətəndaş C.R.Məmmədovun son haqq-hesabı onun işdən çıxdığı vaxtda, yəni xx.xx.2022-ci il tarixdə deyil, həmin tarixdən 01 (bir) ay sonra, yəni xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Bundan başqa, o, bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən tərəfə rəsmi qaydada bildiriş göndərilmiş, həmin bildirmiş ünvanına gecikmədən çatdırılmış, lakin tərəf iştirak etməmiş, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun İcbari Tibbi Sığortadan maliyyələşməsini təsdiq edən və ödənişlə bağlı hər hansı bir sübut idarəyə təqdim etməmişdir. Göstərilənləri və şikayətin əsassız olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin direktoru Ə.İ.Qasımov C.R.Məmmədovun əmək və əmək məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmuş, buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş C.R.Məmmədovun əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istinsa olmaqla qanun pozuntularına yol verilmişdir. Bununla da, Ə.İ.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-yə ünvanladığın xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, şikayət verilmiş şəxsə aid sənədlərin 7 (yeddi) iş günü ərzində Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş SS781416455AZ ştrix kodlu poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, həmin məlumat xx.xx.2022-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-yə çatdırılıb. İş materiallarına əlavə edilmiş X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-yə ünvanladığın xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin nümayəndəsinin X8 Xidmətinin Bakı Şəhər İdarəsinə gəlməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş SS794093569AZ ştrix kodlu poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, həmin məlumat xx.xx.2022-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-yə çatdırılıb. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin direktoru Ə.İ.Qasımov C.R.Məmmədovun əmək və əmək məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmuş, buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Ə.İ.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərəfə inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən rəsmi qaydada bildiriş göndərilmiş, həmin bildirmiş ünvanına gecikmədən çatdırılmış, lakin tərəf iştirak etməmiş və baş vermiş inzibati xəta hadisəsini təkzib edən hər hansı bir mötəbər sübutu X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin direktoru Ə.İ.Qasımov öz vəsifəsini lazımınca icra etməmiş, vətəndaş C.R.Məmmədovun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitəvə ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru Ə.İ.Qasımovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2292/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2292/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver