Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2294/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «AKTİV QRUP” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, 00100-1954/22 (EP № 0041410) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-4566/2020 saylı qərardadı ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 772,90 manat gömrük ödənişi məbləğinin 70 faizi – 541,03 (beş yüz qırx bir) manat 03 (üç) məbləğində cərimə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-211/2022 saylı qərardadı ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, EP ******* (00100-1954/21) inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1821/2022 saylı qərardadı ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* (00100-1954/21/1) inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “Kautek Otomativ A.Ş.” şirkətindən 34FG3688/34FG0995 nömrə nişanlı yük avtomaşınında İHR**********465 nömrəli, xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********2403 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə **********, ********** kod altında “5” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə 1400- 012/0xx-xx/006302 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-012/0xx-xx/004787 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına İHR**********465 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədinin 1-17, 19-43, 45-49, 51-62, 64, 66-70-ci mövqeləri üzrə idxal olunan yüklər XİFMN-ə görə aşağıdakı kimi sinifləşdirilir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi E.R.Hüseynov izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasıın Kautek Otomativ şirkətindən 34FG3688/34FG0995 nömrə nişanlı yük avtomaşınında İHR**********465 nömrəli, xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********2403 sorğu nömrəsi ilə bəyan edilmişdir. Bəyan edilmiş mallar BBGİ tərəfindən XİFMN kodunu müəyyən etmək üçün MGEİ-nə göndərilmişdir. MGEİ tərəfindən verilən 2200-012/0xx-xx/004787 nömrəli rəyə əsas 1492.00 manat artan gömrük ödənişləri tərəflərindən xx.xx.2022-ci il tarixində tam ödənilmiş və heç bir yayınma halı baş verməmişdir. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu 1.634 manat 40 qəpik məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru E.R.Hüseynov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 772,90 manat gömrük ödənişi məbləğinin 70 faizi – 541,03 (beş yüz qırx bir) manat 03 (üç) qəpik məbləğində cərimə edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən və inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyindən inzibati məsuliyyətdən azad olunmuşdur. Beləliklə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş dair xx.xx.2022-ci il tarixli, 00100-1954/22 (EP № 0041410) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu şirkət tərəfindən tam ödənilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarındanda göründüyü kimi Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu 1.634 manat 40 qəpik məbləğində pulun tam ödənildiyi, MMC tərəfindən inzibati xəta hadisəsinin ilk dəfə törədildiyini və MMC-nin gömrük ödənişlərinin ödənilməsindən yayınmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən 505-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Gömrük Məcəlləsinin 271.1.1-ci maddəsinə əsasən borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «AKTİV QRUP” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2294/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2294/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver