Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2294/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs AGROBRİDGE» MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 mart 2025-ci il tarixli, 01400-02571/25 (EP 0219062) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/012/006818 nömrəli raportunun araşdırılması ilə əlaqədar olaraq, “AGROBRİDGE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2914 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin mügabılində qaytarılmalı olan 36000,00 ABŞ dolları (61200,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstəribgöstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, “AGROBRİDGE" MMC-nin xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1liyyətinin aktiv olduğu və rəhbərinin X6 olduğu məlum olmuşdur. Belə ki, Şəxs hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş xx.xx.2024-cü il tarixli. 3-33-1700/2- 003557/2024 nömrəli xəbərdarlıq, daha sonra xx.xx.2024-cü il tarixli 3-33-1700/2- 000368/2024 nömrəli “İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün orzindo müvokkil bankda olan hesablara köçürülməməsi barədə” Bildiriş göndərilsə də, MMC tərəfindən xarici valyuta vəsaitlərinin müvəkkil bankda olan hesablara tam qaydada köçürülməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, “AGROBRiDGE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2914 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 3559,74 ABŞ dolları (6051,55 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs “AGROBRİDGE» MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, ‘'AGROBRİDGE” MMC xx.xx.2020-cü il tarixdə təsis olunmuşur. Şirkətin əsas fəaliyyəti tərəvəz məhsullarının istehsalı və xarici ölkələrə ixracından ibarətdir. 2024-cü ilin may ayında Şəxs MMC-nin “QRAND-TREYD” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən **********2914 nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 36000,00 ABŞ dolları dəyərində pomidor məhsulu ixrac etmişdir. Həmin bəyannamə üzrə MMC-nin müvəkkil edilmiş bank hesabına 32440,26 ABŞ dolları məbləğində vəsait daxil olmuş, 3559.74 ABŞ dolları isə şirkətin hesabına daxil olmamışdır. Buna səbəb isə bağlanmış müqaviləyə əsasən ixrac zamanı pomidor məhsulunun bir qismində uyğunsuzluq olması səbəbi ilə vəsaitinin ödənilməməsi olmuşdur. Şəxs MMC ilə mal verilən şirkət arasında bağlanmış müqavilənin şərtləri var. Həmin şərtlərə əsasən müəyyən pozuntular olduqda endirim şərtləri olmalıdır. Buna görə də yaranmış uyğunsuzluqla bağlı məcburiyyət qarşısında qalaraq 3559.74 ABŞ dolları dəyərində həmin şirkətə sonradan endirim etmişlər. Məhz bu səbəbdən həmin vəsait ölkəyə daxil olmamışdır. Həmin pozuntular malın keyfiyyətində, xarab olmasında, çeşidlənməsində ola bilər. İstinad edilən müvafiq sənədlərin nüxsələrini protokolu tərtib edən orqana da fotoşəkillərlə birlikdə təqdim etmiş, lakin buna hüquqi qiymət verilmədən Şəxs MMC protokol tərtib edilmişdir. Şəxs MMC-nin mal satdığı şirkətə endirimimi olmuşdur. Bu da müqavilə öhdəliyindən gələn şərtlərə əsasən olmuşdur. Bunu dair bütün sübutları, fotoşəkillərlə birlikdə gömrük orqanına təqdim etmişlər. Şəxs MMC-nin əməlində hər hansı inzibati xəta olmamışdır. Qeyd olunanlara əsasən, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Xaçmaz Gömrük İdarəsinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-33-1700/012/006818 nömrəli raportdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (Vöen: **********) 2024-cü ilin may ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 36000,00 ABŞ dolları dəyərində (61200,00 manat) “tərəvəz” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003537/2024 nömrəli xəbərdarlıq, daha sonra xx.xx.2024-cü il tarixli 3-33-1700/2-000368/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Baxış” protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS'’ sisteminə baxış keçirərək "AGROBRİDGE” MMC tərəfindən 2024-cü ilin may ayında **********2914 saylı gömrük bəyannaməsi ilə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 3559.74 ABŞ dolları (6051.55 manat) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs “AGROBRİDGE» MMC-nin nümayəndəsinin məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi 3559.74 ABŞ dolları (6051.55 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsininin təmin edilməməsinin MMC-dən asılı olmayan səbəblərdən baş verməsinə dair mötəbər və əsaslı dəlil təqdim edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 3559.74 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 1067.922 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2294/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2294/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver