Məhkəmə qərarları › İş №3(006)-2296/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2296/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2296/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, 00100- 1234/22 (EP 0041433) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından xx.xx.2022-ci il tarixdə, saat 09:40-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 90TY370/99ZF370 nömrə nişanlı yük avtomaşınında B**********00680 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş malların **********8154 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********8154 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 90TY370/99ZF370 nömrə nişanlı yük avtomaşınında xx.xx.2022-ci il tarixdə, saat 09:40-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2022ci il tarixdə, saat 11:03-də gömrük orqanına **********5482 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi F.E.Eyvazov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən 3(006)-2295/2022 və 3(006)- 2296/2022 saylı inzibati işlə bir icraatda birləşdirilməli və bir icraatda baxılmalıdır. Göstərilənləri və qanunvericiliyi nəzərə alaraq həmin inzibati işlərin bir icraatda birləşdirilməsi üçün protokolu tərtib etmi orqana geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1233/22 (EP 0041431) saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından xx.xx.2022-ci il tarixdə, saat 10:43-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99RF372/99ZH372 nömrə nişanlı yük avtomaşınında B**********00682 nömrəli xx.xx.2022ci il tarixli invoys sənədi ilə daxil olmuş malların **********8219 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********8219 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99RF372/99ZH372 nömrə nişanlı yük avtomaşınında xx.xx.2022-ci il tarixdə, saat 10:43-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 11:42-də gömrük orqanına **********5543 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, müəyyən edilmişdir ki, sifariş edilmiş mallar, eyni vaxtda, eyni nəqliyyat vasitəsi ilə eyni saatda və eyni qısa idxal bəyannaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən bu hal nəzərə alınmamış, eyni inzibati xəta hadisəsinə görə, iki ayrı-ayrı müxtəlif protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi törədilmiş inzibati xətaya görə Şəxs MMC-nin barəsində iki müxtəlif inzibati xəta haqqında protokol tərtib edilmiş, yəni şəxs barəsində iki fərqli inzibati icraat başlanılmşdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən törədilmiş bir inzibati xətaya görə iki fərqli inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar bir icraatda baxılmalı olduğundan, lakin iki ayrı müxtəlif protokollar tərtib edildiyindən və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1234/22 (EP 0041433) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar