Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2297/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhər Statistika İdarəsinin protokolu tərtib etmiş şəxs: nümayəndəsi X1 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxs: nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 09; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 2024-cü ilin (illik) 1 istehsal (sənaye) formalı “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” rəsmi statistik hesabatı kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları dövlət statistika orqanlarına vaxtında təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs MMC 2024-cü ilin (illik) 1 istehsal (sənaye) formalı “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” rəsmi statistik hesabatı mart ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə mart ayının 27-də təqdim edilmişdir. Şirkət tərəfindən keçən il də belə nöqsana yol verilmişdir. Şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, sözügedən hesabat şirkət tərəfindən hər ay verilir və illik təqdim edilən hesabatlar aylıq hesabatların dürüstləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi daşıyır. Dövlət Statistika Komitəsinin müvafiq saytına hesabatlar daxil edilərkən iki üsuldan - “ASAN İmza” və “kod-parol” üsulundan istifadə olunur. Hal-hazırda “kodparol” üsulu qüvvədədir və bu üsul qüvvədə olduğuna görə Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən müəssisələrə köməklik göstərilməsi məqsədilə kuratorlar təyin olunur. Qeyd edilən “kod-parol” kuratorlar tərəfindən bilinir və onlar hesabatların verilməsində köməklik edirlər. Sistemdə hər hansısa fərqli bir məlumat olduğu zaman onlar düzəliş olunması üçün müəssisəyə məlumat verirlər. Məlumatlar dəqiqləşdirildikdən sonra hesabatlar yenilənir. Sistemdə hesabatlar təqdim edilən zaman hesabata hər hansısa bir düzəlişlər edilərsə, bu zaman sistemdə hesabatın verilməsi tarixi sonuncu düzəlişin edildiyi gün görünür. Şirkət tərəfindən hesabatın təqdim olunması ilə bağlı bütün lazımi addımlar vaxtında həyata keçirilmişdir. Şirkət tərəfindən hesabatın vaxtında təqdim edilməməsi üçün heç bir əsas yoxdur. Əgər Şirkət hesabatı verməkdən çəkinsə idi və yaxud belə niyyəti olmasa idi aylıq hesabatları təqdim etməməklə bağlı inzibati məsuliyyətə cəlb edilərdi. Halbuki, belə bir hal baş verməmiş, hər zaman vaxtlı-vaxtında hesabatlar təqdim edilmişdir. Baxmayaraq ki, sözügedən hesabat şirkət tərəfindən nəzərdə tutulan tarixdən daha tez təqdim edilmiş, kurator hesabatda dəyişiklik etdiyindən sistemdə sonuncu düzəliş olunan tarix - 27 mart görünür. Həmçinin kuratorun etdiyi bu düzəlişdən Şirkətin xəbəri olmamışdır. Qeyd olunanlar nəzərə alınarsa Şəxs MMC-nin bu məsələdə heç bir təqsiri və ya məsuliyyəti yoxdur. Hesabatların təqdim edilməsində hər hansı gecikmə və ya hüquqa zidd hərəkət mövcud deyil. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan müvafiq sistemdən olan çıxarışa əsasən Şəxs MMC tərəfindən “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 1istehsal (sənaye) №-li illik rəsmi statistika hesabatı təqdim edilməmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2014-cü il tarixli, 18/14 saylı qərarı ilə təsdiq edilmiş “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (sənaye) №-li illik rəsmi statistika hesabatı formasında göstərilmişdir ki, hesabat əsas fəaliyyəti sənaye olan müəssisələr – hüquqi şəxslər, onların filial və nümayəndəlikləri tərəfindən mart ayının 15-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir. Göründüyü kimi, “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (sənaye) №-li illik rəsmi statistika hesabatı əsas fəaliyyəti sənaye olan müəssisələr – hüquqi şəxslər, onların filial və nümayəndəlikləri tərəfindən martın 15dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməli idilər. Hazırki işin hallarından da müəyyən olunur, Şəxs MMC tərəfindən qanunvericiliyin bu tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, habelə etirazı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2297/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2297/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver