Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2301/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadur oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, natamam orta təhsilli, işləməyən, Qubadlı rayonu, Kürdmahruzlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi̇: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa nəfəsliyini sındırıb qaynaq aparatı başlıqlarını talayaraq oğurluq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, axşam saatlarında bir qədər spirtli içki qəbul etmişdir. Spirtli içkinin təsirindən sərxoş olduğu üçün sonradan baş verən hadisələri və törətdiyi əməli xatırlamır. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2020-ci il tarixdə, saat 00:00 radələrində özünə məxsus “Mercedes” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 ünvanının qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. Həmin gün saat 10 radələrində avtomobilinə yaxınlaşarkən arxa nəfəsliyinin sındırıldığını görmüşdür. O, dərhal avtomobilin içərisinə baxdıqda qaynaq aparatı başlıqlarının orada olmadığını aşkar etmişdir. O, hadisə ilə əlaqədar Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 260 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X2 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin gün səhər saatlarında yaşadığı ünvan 1 ünvanının qarşısında saxladığı “Mercedes” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa nəfəsliyinin sındırılaraq arqon qaynaq aparatı başlıqlarının oğurlandığını bildirmişdir. Faktla bağlı təhqiqat aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 260 manat dəyərində olan arqon qaynaq aparatı başlıqlarının oğurlanması faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. İş matetiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin rəisi Gündüz Sadıxov tərəfindən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayevə ünvanlanan xx.xx.2020-ci il tarixli, 011-9254-1220 saylı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli 082-37547-1220 №-li, məktubu vasitəsi ilə, xx.xx.2020-ci il tarixdə, ünvan 4 ünvanının qarşısında olan, vətəndaş Zərərçəkmiş şəxs məxsus "Mersedes" markalı, Az **-HB-*** d.n.n-lı a/m-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə DİN-in KTİyə daxil olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Abşeron RPİ və Binəqədl MSY-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş Şəxs Bahadur oğlunun sol əlinin böyük və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49- 51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-2301/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2301/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver