Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2304/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül 23 ünvanında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılma olmadan təmir işlərinin aparılması və abidənin daxili hissəsinin yeni quruluşa salınması aşkar edilmiş, bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül 23 ünvanında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılma olmadan təmir işlərinin aparılması və abidənin daxili hissəsinin yeni quruluşa salınması aşkar olunmuş və bununla bağlı İXM-nin 231.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs ASC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X5 bildirmişdir ki, onlar həmin ünvanı təhvil alarkən obyekt şəkillərdə göstərilən vəziyyətdə olmuşdur. Onlar obyektdə heç bir təmir işləri aparmamışlar. Belə ki, onlar tərəfindən təmir-bərpa işlərinin aparılmasına dair eskiz layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "xxxx" MMC tərəfindən hazırlanmışdır. Buna görə də inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və təqdim olunmuş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş eskiz layihəsindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül 23 ünvanında yerləçən yaşayış sahəsinin təmir işlərinin memarlıq həlli üzrə layihə sənədlərinin hazırlanmasına dair tarixi arayış və eskiz layihəsi təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix düzgün göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolun giriş hissəsində xx.xx.2024-cü il tarix qeyd edilsə də, nəticə hissəsində xx.xx.2024-cü il tarixi göstərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2304/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2304/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver