Məhkəmə qərarları › İş №3(006)-2306/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2306/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2306/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X3, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu müdafiə edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X4 iştirakları ilə, 02 avqust 2002-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Orta Ləki Ə/D, Orta Ləki kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, "Kontakt Home" mağazasının qarşısında zərərçəkmiş şəxs X2 məxsus 500 manat dəyərində mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Protokolu müdafiə edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə X3 DİN-nin 102 xidmətinə və ərizə ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, "Kontakt Home" mağazasının qarşısında bir gündür tanıdığı onunla birlikdə fəhlə işləyən Nürani adlı şəxsə danışmaq istədiyi üçün özünə məxsus “OPPO A18 4/128 Black” markalı mobli telefonunu verməsi, onun isə oradan uzaqlaşıb getməsi barədə məlumat vermişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, törətdiyi əməl üzrə etiraf edici izahat vermiş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, X3 ilə xx.xx.2024-cü il tarixdə 20 Yanvar metrostansiyasının yaxınlığında "Kontakt Home" mağazasının qarşısında tanış olmuşlar. Onunla söhbət əsnasında santexnik işlədiyini öyrənmiş, onu da yanında aparmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə səhər 20 Yanvar metrosu yaxınlığında görüşmək üçün razılaşmışlar. Lakin gecikdiyi üçün özü X1 işlədiyi "Sea Breeze" istirahət mərkəzinə getmiş, onunla işləmiş, axam isə işdən qayıdaraq 20 Yanvar metro stansiyasının yaxınlığında Kontakt Home mağazasının qarşısında ona yanında işlədiyinə görə 10 manat vermişdir. Orada olan zaman telefonu onda olduğu üçün vəziyyətdən istifadə edərək ayaq yolu adıyla oradan uzaqlaşmışdır. O, kirayə qaldığı evə pul verməli olduğu üçün əldə etdiyi telefonu 20 manata satmışdır. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi əməlləri etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində etdiyi əməli etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, o, usta olaraq fəaliyyət göstərir. Nurəli adlı şəxslə xx.xx.2024-cü il tarixdə 20 Yanvar metrosu yaxınlığında tanış olmuş, onunla razılaşaraq özünə köməkçi götürmüşdür. xx.xx.2024-cü il tarixdə onunla birlikdə işləmiş, axşam işdən qayıtdıqdan sonra Nurəli ondan danışmaq üçün mobil telefonunu verməsini xahiş etmiş, o da inandığından heç bir etiraz etməmiş və danışması üçün telefonu ona vermişdir. Həmin zaman Nurəli onun başının qarışıq olmasından istifadə edərək oradan uzaqlaşmış, sonra geri qayıtmamışdır. Bundan sonra aiddyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət edərək şikayətçi olmuşdur. Sonradan ona qarşı dələduzluq əməlini törədən şəxs yəni, Nurəli Atakişiyev polis əməkdaşları tərəfindən saxlanılmış və 19-cu Polis şöbəsinə aparılaraq izahatı alınmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və həbs edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2024-cü il tarixdə, saat 15:10 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı Elvin Qənizadə tərəfindən qəbul edilmiş 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin rəisi polis polkovnik leytenantı R.Əhmədzadə tərəfindən tərtib edilmiş 10 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 09 iyun 2024-cü il tarixdən, saat 15:10dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar