Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2307/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin tərtib etmiş: icra məmuru X5 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1953-cü ildə Qazımməməd rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., ev 48, mənzil 34-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(006)-1153/2018 saylı icra sənədinə görə Şəxs X2 xeyrinə 70.000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. Borclu Şəxs tərəfindən bu tələb icra olunmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(006)- 1153/2018 saylı icra sənədinə görə Şəxs X2 xeyrinə 70.000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. Görülmüş tədbirləri nəticəsində Şəxs məxsus Şamaxı rayonu ərazisində yerləşən 5,45 ha torpaq sahəsinə həbs qoyularaq həmin torpaq qiymətləndirilərək hərraca çıxarılsa da, əmlak satılmamışdır. Bundan sonra bu torpaq sahəsinin borc əvəzi kimi götürülməsi üçün tələbkəra təklif edilmiş, lakin sonuncu bundan imtina etmişdir. Eyni zamanda borclunun pensiyasından hər ay 170 manat pul tutulur, lakin tələbkar depozit hesabı təqdim etmir ki, həmin vəsait ona köçürülsün. X1 70.000 ABŞ dolları pulunun ödənilməsini istəyir, borclu da bunu ödəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(006)-1153/2018 saylı icra sənədinin icrasından yayınmır. Onun X1na bu vəsaiti birdəfəlik ödəməyə imkanı yoxdur. Şamaxı rayonunda yerləşən, xüsusi mülkiyyətində olan 5,45 ha torpaq sahəsini təqdim etsə də, tələbkar bunu qəbul etmir. Eyni zamanda hər ay pensiyasından 170 manat tutulma da aparılır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(006)-1153/2018 saylı icra sənədinə görə Şəxs X2 xeyrinə 70.000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(006)-203/2020 saylı qərardadı ilə borclu Şəxs məxsus olan Şamaxı rayonu, Cabanı kəndində yerləşən 5,4522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur; - Əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən 5,4522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti 21.808,80 manat təşkil edir; - Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1867/6 saylı məktubda qeyd olunur ki, Şəxs məxsus olan Şamaxı rayonu, Cabanı kəndində yerləşən 5,4522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 21.808,80 manat dəyərində qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılsa da, satılmamışdır. “İcra haqqında” Qanunun 53.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin borc əvəzi kimi götürülməsi təklif edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(006)-1153/2018 saylı icra sənədinə görə Şəxs X2 xeyrinə 70.000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. Şəxs məxsus Şamaxı rayonu ərazisində yerləşən 5,45 ha torpaq sahəsinə həbs qoyularaq həmin torpaq 21.808,80 manat dəyərində qiymətləndirilərək hərraca çıxarılsa da, əmlak satılmamışdır. Bundan sonra bu torpaq sahəsinin borc əvəzi kimi götürülməsi üçün tələbkəra təklif edilmiş, lakin sonuncu bundan imtina etmişdir. Eyni zamanda borclunun pensiyasından hər ay 170 manat pul tutulur, lakin tələbkar depozit hesabı təqdim etmir ki, həmin vəsait ona köçürülsün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2307/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2307/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver