Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2323/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Taboo Cinema” adlı obyektdə müdir işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair 31 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 31 avqust 2021-ci il tarixdə xüsusi karantin rejiminin tələblərini pozmuş, bununla da, o Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X3 izahat verərək göstərdi ki, 31.08.2021-ci il tarixdə Şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində “Taboo Cinema” adlı obyekti karantin rejiminin tələblərini pozmaqla qanunsuz olaraq işlətmiş, yəni, gecə saat 00:00 radələrinədək obyekti bağlamalı və müştərilərə qəlyan verməməli olmasına baxmayaraq, qeyd olunan tələblərə əməl etməmişdir. Obyektə daxil olmuş polis əməkdaşları qeyd olunan qanun pozuntusu faktını aşkar etmiş və obyektin sahibi olan Şəxs polis bölməsinə gətirilərək onunla profilaktik söhbət aparılmış, sonuncu da İXM-nin tələblərini pozduğunu etiraf etdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 31.08.2021-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində “Taboo Cinema” adlı obyekti işlətmiş və müştərilərə saat 23:30 radələrindən etibarən xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər obyekti tərk etməmişdir. Bundan əlavə obyektdə olan müştərilərin təkidi ilə onlara qəlyan çəkməsi üçün xidmət göstərilmişdir. Qeyd olunan tarixdə polis əməkdaşları saat 00:45 radələrində obyektə daxil olaraq, ona karantin rejimi tələblərini pozması barədə xəbərdarlıq etmiş və polis şöbəsinə aparmışlar. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 31.08.2021-ci il tarixdə, saat 00:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində “Taboo Cinema” adlı obyektdə aparılmış yoxlama zamanı karantin rejiminin pozulması faktı müəyyən edilmişdir. Belə ki, həmin obyektə baxış zamanı karantin rejimi tələblərinin pozularaq gecə saat 00:45 radələrində hələ də müştərilərə xidmət göstərildiyi və müştərilərə qəlyan çəkilməsi üçün xidmətin göstərildiyi müəyyən edilmişdir. Bundan sonra digər polis əməkdaşları ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində həmin şəxsin anket məlumatları müəyyənləşdirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru X5 da şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 31 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapdığından inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 31 avqust 2021-ci il tarixdən, saat 00:45dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2323/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2323/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver