Məhkəmə qərarları › İş №3(006)-2327/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2327/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2327/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində idarə etdiyi “BMW 328İ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsində X.Şuşinski küçəsini keçmək istəyən Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində idarə etdiyi “BMW 328İ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsində 05-10 km sürətlə trampilini keçərkən, bu vaxt X.Şuşinski küçəsini keçmək istəyən Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt piyadanı xəstəxanaya aparmış və orad onu “MRT” elətdirmiş, cavab olaraq isə yırtıq olduğu bildirilmişdir və əməliyyat olunması təklif edilmişdir. Həmin yırtığın isə 4-5 il əvvəl əmələ gəlmişdir. Buna görə də əməliyyata razı olmamış, lakin fizioterapiya və “MRT” xərclərinin hamsını özü etmişdir. Verilmiş ekspert rəyi ilə razı deyil. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Nəsimi rayonu ərzaisində yolu keçmək istəyən zaman Şəxs idarə etdiyi “BMW 328İ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Dərhal onu xəstaxanaya aparmış və orada ona əməliyyat olunması bildirilmişdir. İlk əvvəl isə ona 15 gün fizioterapiya olunması bildirilmiş və həmin müalicəyə başlamışdır. Şəxs onun fizioterapiya olunmasıl üçün 10 gün ödəniş etmiş daha sonra heç bir ödəniş etməmiş, hətta zənglərinə cavab verməmişdir. Hazırda onun əməliyyat olunması üçün 1500 manat pul lazımdır. Sığorta ona 750 manat pul verir. Həmçinin, 3 aydır ki, işə gedə bilmir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanması rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə razı olmadığı üçün ondan şikayət vermişdir. Buna görə də inzibati xəta haqqında materialı geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanması rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarından razı olmadığı üçün ondan şikayət vermiçdir. Bu səbəbdən də həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında protokola hazırki mərhələdə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar