Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2328/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında Azərbaycan Respublikası Maliyyə protokolu tərtib etmiş: Nazirliyinin nümayəndəsi Nümayəndə1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 1058; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 05 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Protokola görə “AZİNTEROİL MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş məlumatda orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən cəmiyyətlərin sırasında “AZİNTEROİL MMC da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təqdim edilmiş məlumatda “AZİNTEROİLMMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditindən yayındırılmışdır. Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AZİNTEROİL MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının protokolu və onun əsasında qəbul edilmiş qərar əsasında X2 qanunsuz olaraq direktor vəzifəsindən azad edilərək X12 direktor təyin edilmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab olunması, Şəxs MMC-nin əvvəlki qanuni təmsilçisi X1 cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Eyni zamanda, məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək Şəxs MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanmasının, imzalanmasının, təqdim edilməsinin və istifadə olunmasının, vergi, maliyyə və bank əməliyyatlarının aparılmasının, Şəxs MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “ASAN imza”dan və möhürdən istifadə olunmasının cavabdehlər X9, X14, X10, X17, X12, Şəxs MMC-yə və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(113)-266/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)- 317/2022 saylı qərardadı ilə bu qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə iş üzrə yekun qətnamə qəbul edilənədək Şəxs MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, Şəxs MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “ASAN imza”dan və möhürdən istifadə olunması qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-(113)-1775/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyi etibarsız hesab edilməsi, Şəxs MMC-nin əvvəlki qanuni təmsilçisi X1 cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh X3 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 29 sentyabr tarixli, 2-2(103)-721/2023 nömrəli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Şəxs MMC-nin əvvəlki qanuni təmsilçisi X1 cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh X3 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh həmin qətnamədən şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli, 2-2(103)-721/2023 nömrəli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina olunmuş və bu Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-202/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdən, yəni məhkəməyə müraciət edilən vaxtdan 2024cü il tarixədək, yəni iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qüvvəyə minənədək Şəxs MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, Şəxs MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “ASAN imza”dan və möhürdən istifadə olunması qadağan olunduğundan 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi mümkün olmamış və bu barədə audit rəyi təqdim edilə bilinməmişdir. Hazırda yuxarıda qeyd olunan məhkəmə mübahisələri yekunlaşmış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir. Yaxın müddət ərzində Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının məcburi auditi aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və halhazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə siyahı formasında məlumat təqdim edilmiş və bu siyahıda (1798-ci bənd) Şəxs MMC da əks olunmuşdur; • Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet səhifəsindən (audit.gov.az) əldə olunmuş çıxarışda Şəxs MMC (VÖEN: **********) barəsində audit rəyi barədə məlumat mövcud deyil; • Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(113)-266/2022 saylı qərardadına əsasən Şəxs MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, Şəxs MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “ASAN imza”dan və möhürdən istifadə olunması cavabdehlər X4, X11, X5, X13, X6, Şəxs MMCyə və digər şəxslərə qadağan olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-317/2022 saylı qərardadı ilə bu qərar qüvvədə saxlanılmışdır; • Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-(113)-1775/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyi etibarsız hesab edilməsi, Şəxs MMC-nin əvvəlki qanuni təmsilçisi X1 cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh X3 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir; • Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli, 2-2(103)- 721/2023 nömrəli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixli Şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Şəxs MMC-nin əvvəlki qanuni təmsilçisi X1 cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh X3 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır; • Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli, 2-2(103)-721/2023 nömrəli qərardadı ilə cavabdeh X7 həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina olunmuş və bu Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 202/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır; • Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli, 2-2(103)-721/2023 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, Şəxs MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “ASAN imza”dan və möhürdən istifadə olunması cavabdehlər X4, X11, X5, X13, X6, Şəxs MMC-yə və digər şəxslərə qadağan olunmuş, iş üzrə uzun müddət məhkəmələrdə mübahisəyə baxılmış və yekun məhkəmə aktı ilə bağlı xx.xx.2024cü il tarixdə icra vəəqəsi verilmişdir. Göründüyü kimi, məhkəmə qərərı ilə 2023-cü il ərzində Şəxs MMC-nin adından bütün hərəkətlərin edilməsi qadağan olunduğundan MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditin aparılması onun iradəsindən asılı olmayan səbəblərdən baş tutmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2328/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2328/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver