Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2340/2025 21.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 60, mənzil 89; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-cİ il tarixli, EP ******* (00100-00765/25) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-cİ il tarixli, EP ******* (00100-00765/25) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/036573 nömrəli xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2,1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən "X2 X3 X4 Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 6 gömrük bəyannaməsi üzrə ümumilikdə 344880 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) xəbərdarlıq, bildiriş və dəvət məktubu göndərilərək iş üzrə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru və ya nümayəndələri İdarəyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Aparılmış araşdırma nəticəsində hüquqi şəxs "X2 X3 X4 Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən bağlanılmış müqavilələrə uyğun olaraq, ümumilikdə 6 gömrük bəyannaməsi üzrə (**********8429, **********1309, **********4971, **********4372, **********4944 və **********1308 saylı) malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 344880 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının, hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi 3-33- 1100/012/036573 nömrəli xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir. Araşdırma zamanı sistemdən əldə edilən çıxarışlara əsasən **********4944 və **********1308 saylı gömrük bəyannamələri üzrə ödənişlər müvəkkil bank hesabına köçürülmüşdür. Digər gömrük bəyannamələri üzrə də ödənişlər edilmiş, lakin hər biri üzrə müəyyən qalıqlar qalmışdır. Belə kı, **********8429 saylı gömrük bəyannaməsi üzrə 320 ABŞ Dolları, **********1309 saylı gömrük bəyannaməsi üzrə 300 ABŞ Dolları, **********4971 saylı gömrük bəyannaməsi üzrə 558 ABŞ Dolları və **********4372 saylı gömrük bəyannaməsi üzrə 484 ABŞ Dolları məbləğində vəsait müvəkkil bank hesabına köçürülməmişdir. Qeyd olunan 4 gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğ 1662 ABŞ dolları təşkil edir. Həmin tarixlərdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 1662 ABŞ dolları milli valyutaya nisbətdə 2825 AZN təşkil edir. "X2 X3 X4 Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 2825 AZN - 1662 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmamış, bununla da, «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/036573 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2,1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən "X2 X3 X4 Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 6 gömrük bəyannaməsi üzrə ümumilikdə 344880 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan “Sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "X2 X3 X4 Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən bağlanılmış müqavilələrə uyğun olaraq, ümumilikdə 6 gömrük bəyannaməsi üzrə (**********8429, **********1309, **********4971, **********4372, **********4944 və **********1308 saylı) malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 344880 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı sistemdən əldə edilən çıxarışlara əsasən **********4944 və **********1308 saylı gömrük bəyannamələri üzrə ödənişlər müvəkkil bank hesabına köçürülmüşdür. Digər gömrük bəyannamələri üzrə də ödənişlər edilmiş, lakin hər biri üzrə müəyyən qalıqlar qalmışdır. Belə kı, **********8429 saylı gömrük bəyannaməsi üzrə 320 ABŞ Dolları, **********1309 saylı gömrük bəyannaməsi üzrə 300 ABŞ Dolları, **********4971 saylı gömrük bəyannaməsi üzrə 558 ABŞ Dolları və **********4372 saylı gömrük bəyannaməsi üzrə 484 ABŞ Dolları məbləğində vəsait müvəkkil bank hesabına köçürülməmişdir. Qeyd olunan 4 gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğ 1662 ABŞ dolları təşkil edir. Həmin tarixlərdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 1662 ABŞ dolları milli valyutaya nisbətdə 2825 AZN təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində inzibati cərimə edilməsini və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «TÜRKBAY METAL TARİM VE GİDA İNŞAAT İÇ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 1662 (bir min altı yüz altmış iki) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 498,60 (dörd yüz doxsan səkkiz, altmış) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2340/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2340/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver