Məhkəmə qərarları › İş №3(006)-2349/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2349/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2349/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X11, X1, X4, X17 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, mağazada satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X18 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 08 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri borclu Şəxs tərəfindən icra olunmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X18 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 23800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manat hissəsi alınaraq tələbkar X7 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs borca görə 9.708 (doqquz min yeddi yüz səkkiz) manat məbləğində pul və 119,08 (yüz on doqquz manat, səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar X17 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs borca görə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul və 109 (yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi borclu X2 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 20.000 (iyirmi min) manat borc, hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin icra sənədlərinə əsasən icraata başlanılmış və həmin icra sənədlərinə əsasən borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bİldirişlər göndərilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borcluya xəbərdarlıq məktublar göndərilmişdir. Həmçinin icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, borclu tərəfindən borc ödənişləri üzrə tələb tam icra edilməmişdir. Şəxs borcu az miqdarda hissə-hissə ödəniş etsə də, bu icra sənədlərinin icrası üçün yetərli olmamışdır və tələbkarlar borcun tam bağlanılmasını tələb edirlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, O, məhkəmənin qərarlarına hörmətlə yanaşır və icra sənədlərinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi vəziyyəti çox acınacaqlı vəziyyətdə olduğu üçün icra sənədlərini tam icra edə bilməmişdir. Belə ki, özü gündəlik işdə işləyir və himayəsində ağır xəstə olan 70 yaşlı atası var. Onun maddi imkanı borcu hissə-hissə ödəməyə çatır. O, bu vaxtadək bütün icra sənədləri üzrə az-az olsa da, müəyyən ödənişlər etmişdir. Bundan sonrada işləyib ödənişlər edəcəkdir. Onun əməlində hər hansı qərəzli münasibət yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq barəsiundə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş tələbkar X12 izahatında göstərmişdir ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-450/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin borclu Şəxs tərəfindən tam icra olunmasını tələb edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X9 izahatında göstərmişdir ki, borclu bir dəfə 50 manat ödəniş etmişdir. O, borcluya bildirmişdir ki, ayda 500 ya 1000 manat ödəniş etsin. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X13 izahatında göstərmişdir ki, borclu Şəxs icra sənədi üzrə xırda ödəniş etsə də, o, bununla razı deyildir. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin borclu Şəxs tərəfindən tam icra olunmasını tələb edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X22 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin borclu Şəxs tərəfindən tam icra olunmasını tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-450/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 23800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manat hissəsi alınaraq tələbkar X7 ödənilməlidir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-450/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs borca görə 9.708 (doqquz min yeddi yüz səkkiz) manat məbləğində pul və 119,08 (yüz on doqquz manat, səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar X17 xeyrinə tutulmalıdır. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs borca görə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul və 109 (yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi borclu X2 xeyrinə tutulmalıdır. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 20.000 (iyirmi min) manat borc, hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 ödənilməlidir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - “icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” görünür ki, xx.xx.2025-cü il tarixli qərardan görünür ki, icraatda olan e379196/2024-5-39, e379196/2024-5-39, e379196/2024-5-39, e19798/2025-5-39 saylı icra işləri üzrə borclu Şəxs barəsində olan yuxarıda qeyd edilən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar