Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2354/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(103)-5349/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 10.000 manat alınaraq tələbkar M.S.Əliyevə verilməlidir. Lakin borclu Şəxs tərəfindən ona verilmiş könüllü müddətinə keçməsinə baxmayaraq hazırki tarixədək tələbi icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru R.X.Quliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 5349/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10.000 (on min) ABŞ dolları (ödəniş günü manata olan məzənnəyə uyğun olaraq) məbləğində pul alınaraq iddiaçı M.S.Əliyevə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilmiş, müvafiq orqanlara borlcunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması ilə bağlı sorğular verilmiş və borclu xəbərdarlıq edilmişdir. İcra sənədinin tələbi ilə bağlı hərəkətlər borclunun əmək pensiyasına yönəldilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru R.X.Quliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra ödənişi ilə bağlı tələb borclunun əmək pensiyasına yönəldilmişdir. Borclunun əmək pensiyası 268 (iki yüz altmış səkkiz) manat təşkil edir, onun yarısı 04 (dörd) aydır ki, hissə-hissə ödəyir. Həmçinin, borclunun adına nəqliyyat vasitəsi var və sonuncu həmin nəqliyyat vasitəsi ilə bağlı heç bir hərəkət etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var, borcu əmək pensiyasına yönəldilmişdir və borcunu hissə-hissə ödəyir. Borcu tam ödəməyə imkanı yoxdur. Həmçinin adına olan nəqliyyat vasitəsi onun adına olsa da o, həmin avtomobildən istifadə etmir, onu etibarnamə ilə kiməsə vermişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar M.S.Əliyev öz izahatında göstərmişdir ki, icra sənədi üzrə ödənişin tam ödənilməsini borcludan tələb edir. Göstərilənləri nəzərə alaraq B.A.Şükürov barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5349/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10.000 (on min) ABŞ dolları (ödəniş günü manata olan məzənnəyə uyğun olaraq) məbləğində pul alınaraq iddiaçı M.S.Əliyevə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5349/2021 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş həmin tarixdə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5349/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10.000 (on min) ABŞ dolları (ödəniş günü manata olan məzənnəyə uyğun olaraq) məbləğində pul alınaraq iddiaçı M.S.Əliyevə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilmiş, müvafiq orqanlara borlcunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması ilə bağlı sorğular verilmiş və borclu xəbərdarlıq edilmişdir. İcra sənədinin tələbi ilə bağlı hərəkətlər borclunun əmək pensiyasına yönəldilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Şəxs mülkiyyətində hər hansı əmlakı, banklarda hesabı və digər qiymətli əşyası yoxdur. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs könüllü olaraq Nəsimi rayon İcra şöbəsinə gələrək izahatlar vermiş, izahatlarında məhkəmə qərarına hörmətlə yanaşmasını, lakin heç bir gəliri və əmlakının olmamasını, maddi və ailə vəziyyətinin ağır olmasını bildirərək icra sənədində göstərilən məbləği bir dəfəyə ödəməyə imkanın olmamasını, həmçinin borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmiş və iş həmin şöbənin icraatında olduğu dörd ay müddətində könüllü olaraq icra sənədi üzrə hissə-hissə pul ödənişi etmişdir. Beləlikə də icra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun izahatlarında qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu Şəxs tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verdiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2354/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2354/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver