Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2355/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində elektron qərarın tərtib edildiyi tarixdə idarə etdiyi **-NC-*** döviət nömrə nişanlı avtomobili Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 86 ünvanında müvəqqəti saxladığı üçün X5 idarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi əsas tutularaq barəmdə protokol tərtib edilmiş və cərimə yazılmışdır. Həmin ərazidə dayanma və ya durmanı qadağan edən nişan yoxdur. Həmin ərazidə 5.14 "Minik taksilərinin dayanacaq yeri” nişanı vardır ki, bu nişanın tələblərini pozmağa görə inzibati Xətalar Məcəlləsində cərimə məbləği nəzərdə tutulmamışdır. Elektron qərara (xx.xx.2021ci il tarixli EQ6216014 nömrəli) etirazını dəfələrlə yazılı surətdə bildirmiş olduğuna baxmayaraq, Bakı şəhəri X5 İdarəsi tərəfindən əsaslandırmamış və heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X3" Qanununun 52-ci maddəsinin tələblərini pozmaqla hər bir protokol üzrə ayrılıqda olmaqla 32 manat məbləğində cərimə edilməyimlə bağlı qərarlar çıxarılmışdır. Eyni zamanda bildirir ki, qeyd edilən elektron qərarın ləğv edilməsinə dair əvvəllər etdiyi müraciətlərlə bağlı bir neçə dəfə elektron poçt vasitəsilə qanunvericiliyə zidd və əsaslandırılmamış cavab məktubu göndərilmişdir. Belə ki, Bakı şəhər X5 idarəsinin əməkdaşı məsələ ilə əlaqəsi olmadığı halda “X3” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsini rəhbər tutaraq sözügedən elektron qərarların doğru tərtib edildiyini cavab məktubunda bildirmişdir. Qanunun həmin maddəsinin qeyd edilən hissəsi ilə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verildiyi əks olunur. Barəsində tərtib edilən protokollar isə Şəmsi Bədəlbəyli 86 ünvanında yolun sol tərəfində dayanma və ya durmanın qadağan edilmədiyi yerdə tərtib edilmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş elektron qərar qanunvericiliyə zidd olaraq tərtib edilmişdir. Hörmətli məhkəmə, haqqımda çıxarılan elektron qərar barədə yalnız öz təşəbbüsü ilə din.gov.az saytından məlumat almışam və elektron qərarı özü şəxsi təşəbbüsü ilə əldə etmişdir. Haqqında çıxarılan elektron qərarın ona təqdim edilməsi barədə Bakı şəhər X5 İdarəsinə dəfələrlə yazılı və şifahi müraciət etməyinə baxmayaraq həmin qərar ünvanına rəsmi olaraq göndərilməmişdir və ona təqdim edilməmişdir. Elektron qərara dair (xx.xx.2021-ci tarixli EQ6216014 nömrəli) dəfələrlə yazdığı etiraz məktubuna isə Bakı şəhəri X5 darəsi tərəfindən əsaslandırılmamış və heç bir qanuni istinad göstərməyən cavablar verilmişdir, lakin elektron qərarın surəti ona təqdim edilməmişdir. Hazırda onun etirazı haqqında çıxarılan elektron qərarların hüquqi əsaslarının olmamasıdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 53.1.1,-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1 2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X1 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X1 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polis İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polis İdarəsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 tərəfindən dayanma qaydalarını pozduğuna görə İXMnin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən X1 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2355/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2355/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver