Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2359/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X4 və X5, şikayətçi "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi X2 və QSC-nin hüquqşünası X3 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisinin 01 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN №1126439 nömrəli qərarı ilə "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 900 (doqquz yüz) manat cərimə olunmuşdur. "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 900 (doqquz yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisinin 01 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarı qanunsuz və əsassızdır və buna görə ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli KY ********* nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0207-22 nömrəli qərarına əsasən "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən mağazasında plandankənar yoxlama keçirilmiş və yoxlamanın nəticəsi kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi X7 tərəfindən "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 23 iyun 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN №1259532 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Toplanmış materiallardan görünür ki, yoxlama zamanı mağazada süd məhsulları saxlanılan soyuducuda məhsulların saxlama temperaturuna riayət olunmur. Belə ki, qanunda pendirlər və digər məhsullar +2°C,+6°C temperaturda saxlanmalı olduğu halda məhsullar +8,2°C+8,4°C temperaturda saxlanılır. Məhsulların saxlandığı soyuducu “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanununa uyğun olaraq yoxlamadan keçmələrinə dair sənədlər təqdim edilmədi. Bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafov tərəfindən "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçi kimi guya tərəfindən İXM-nin 220.2-ci və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə xx.xx.2022-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə, 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafov tərəfindən plandankənar yoxlama zamanı "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən mağazasında heç bir qanun pozuntusu aşkar edilmədiyi halda qanunsuz və əsassız olaraq "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi guya tərəfindən İXM-nin 220.2-ci və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 23 iyun 2022-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafov tərəfindən plandankənar yoxlama zamanı "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən mağazasında özü ilə gətirdiyi xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçmüş və ona temperaturun +8,2°C,+8,4°C olduğunu bildirmişdir. O, isə baş məsləhətçi K.B.Manafovdan soyuducuda temperatur rejimini ölçməmişdən əvvəl özü ilə gətirdiyi xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları tələb etmişdir. Baş məsləhətçi K.B.Manafov ona xüsusi texniki vasitə barədə heç bir məlumat verməmiş və İXM-nin 220.2-ci və 444.1-ci maddələri ilə barəsində tərtib etdiyi 23 iyun 2022-ci il tarxli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda da İXM-nin 100.1.8-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq istifadə etdiyi xüsusi texniki vasitə barəsində heç bir məlumat göstərməmişdir. Əslində isə yoxlama zamanı soyuducunun temperatur göstəricisi +3,2°C olmuşdur. Bu barədə tərəfindən 23 iyun 2022ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola xüsusi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə. inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 100-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol 100.1.Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1.protokolun tərtib edildiyi tarix və yer; 100.1.2.protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi: 100.1.4.inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvaliq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvaliq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5.Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ının “Qida obyektlərinə dair gigiyena tələbləri” üzrə 2 nömrəli əlavənin 3.2-ci bəndinə görə, qida obyektləri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında "Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməlidir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" (13 iyun 2013-cü il tarixli) Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi ıəsirinin qarşısını almaq məqsədi daşıyır. Həmin Qanunun 2.2 və 2.2.7-ci maddələrinə görə, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması sahələrdə yerinə yetirilən ölçmələrə şamil edilir. Həmin Qanununun 5.5-ci maddəsinə görə, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 94 nömrəli Fərmanının 1.2-ci bəndinə görə, həmin Qanunun 2.4-cü, 5.4-cü, 5.5-ci maddələrində, 6.1-ci maddəsinin ikinci cümləsində, 6.2-ci maddəsində, 7.3-cü maddəsinin ikinci cümləsində, 7.8-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində, 11.3-cü maddəsinin ikinci cümləsində, 11.4-cü maddisinin ikinci cümləsində, 11.9-cu maddəsinin birinci cümləsində, 12.4-cü, 12.6-cı, 13.2-ci maddələrində, 15.1.13-cü maddəsinin ikinci cümləsində, 15.2-ci, 16.3-cü və 17.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin SİYAHİSİ”nın 7,7.3,7.4,7.5-ci bəndlərinə görə, ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması sahələrində fəaliyyətin həyata keçirilməsi üzrə ticarətdə tətbiq edilən, o cümlədən qiyməti və dəyəri göstərilməklə, malların kütləsinin ölçmə vasitələri, ticarətdə malların xətti ölçülərini ölçmək üçün tətbiq edilən uzunluqölçmə vasitələri, ticarətə daxil olan malların ölçülüb qablaşdırılmasında tətbiq edilən, konsentrasiya və həcmölçmə vasitələri ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinə aiddir. Bu qərarda ticarət obyetlərində yerləşdirilmiş soyuducuların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinə aid edilməmişdir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 538-ci maddəsində ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulmasına görə xüsusi normada inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri tərəfindən həqiqətən pozulmuşdusa, onda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə deyil, Məcəllənin inzibati xətaya görə xüsusi norması ilə inzibati məsuliyyət nəzərdə tutulan 538-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib edilməli idi. Belə ki, “Normativ hüquqi aktlar haqqında” (21 dekabr 2010-cu il tarixli) Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafov yoxlama zamanı qida təhlükəsizliyi üzrə məsləhətçisi olduğu "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən mağazasında xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları ona verməmiş və İXM-nin 220.2-ci və 444.1-ci maddələri ilə barəsində tərtib etdiyi 23 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda da həmin Məcəllənin 100.1.8-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq istifadə eldiyi xüsusi texniki vasitə barəsində heç bir məlumat göstərməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçi K.B.Manafovun İXM-nin 220.2-ci və 444.1-ci maddələri ilə qanunsuz və əsassız olaraq barəsində tərtib etdiyi 23 iyun 2022-ci il tarxli MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 01 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN №1126439 nömrəli qərarı ilə “AZZA" QSC-nin qida təhlükəsiliyi üzrə məsləhətçisi kimi qanunsuz və əsassız olaraq İXM-nin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 900 (doqquz yüz) manat cərimə olunmuşdur. Həmin Məcəllənin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyul 2004-cü il tarixli, 688-11 Qİ) saylı Azərbaycan Respublikasının Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. İXM-nin 444.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 900 (doqquz yüz) manat cərimə edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarını xx.xx.2022-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafovun yoxlama zamanı qida təhlükəsizliyi üzrə məsləhətçisi olduğu "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən mağazasında xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları İXM-nin 220.2-ci və 444.1-ci maddələri ilə barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərməməsi, bununla da İXM-nin 100.1.8-ci maddəsinin tələblərini kobud şəkildə pozması, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarı ilə "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi qanunsuz və əsassız olaraq İXM-nin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 900 (doqquz yüz) manat cərimə olunması nəzərə alınıb, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.B.Fərzəliyev ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən QSC-nin hüquqşünası M.Q.Baxışov ərizənin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi K.B.Manafov bildirmişdir ki, vətəndaşın kifli pendir satılması ilə bağlı şikayət ərizəsi agentliyə daxil olmuşdur. Bundan sonra agentliyin əməkdaşları "xxxx" QSC-yə yaxınlaşmış və tərəflərindən yoxlama keçirilmişdir. Yoxlama aparatının sertifikatı və xüsusi avadanlığın qeydiyyatı barədə protokolda heç bir qeydiyyat aparılmasada, QSCnin nümayəndələrinə sertifikat təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməməsi məhkəmədən xahiş etmişdir. Bundan başqa, K.B.Manafov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, vətəndaşın "xxxx" QSC-də kifli pendirlər satılması ilə bağlı müraciətinə əsasən QSC-də yoxlama keçirməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi E.B.Fərzəliyev mağazada süd məhsullarının saxlanılan soyuducuda məhsulların saxlama temperaturuna riayət olunmadığı müəyyən edilmişdir, buna görə də E.B.Fərzəliyevin barəsinə Azərbaycan Respublikasının İXM-nin 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.B.Fərzəliyev Azərbaycan Respublikasının İXM-nin 444.1ci maddələsi ilə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-də xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi K.B.Manafov tərəfindən plandankənar yoxlama keçirilmiş, həmin zaman xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçmüş, qanunda pendirlər və digər məhsullarının +2°C,+6°C temperaturda saxlanılmalı olduğu halda soyuducunun temperaturunun +8,2°C,+8,4°C olduğunu bildirmiş və QSC-nin səlahiyyətli nümayəndəsi E.B.Fərzəliyev barəsində Azərbaycan Respublikasın İXM-nin 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənveh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin protokol və qərar qəbul edilərkən Azərbaycan Respublikasının İXM-lə müəyyən edilmiş normalara əməl edilməmiş, hansı ki, protokol tərtib edilərkən xüsusi texniki vasitədən istifadə edilən zaman onun tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt nümayəndəyə təqdim edilməsi qanunvericiliklə müəyyən edilsə də təqdim edilməmiş, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda qeyd aparılmamış və subyekt düzgün müəyyən edilməmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göründüyü kimi, "xxxx" QSC-də yoxlama aparılarkən xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları İXM-nin 220.2-ci və 444.1-ci maddələri ilə barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilməmiş, bununla da İXM-nin 100.1.8-ci maddəsinin tələblərini kobud şəkildə pozulmuş, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2359/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2359/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver