Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2373/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, mənzil 9; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə tərtib olunmuş MN ******* saylı, 08 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 08 may 2023-cü il tarixdə saat 12:30-da planlı yoxlama keçirilərkən həkim epidemioloq X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, 08 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən guya Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 08 may 2023-cü il tarixdə saat 12:30-da planlı yoxlama keçirilərkən həkim epidemioloq X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Halbuki, həkim epidemioloq X3 12 iyun 2020-ci il tarixdə sertifikasiya şəhadətnaməsi olmuş və şəhadətnaməyə əsasən həkimin Azərbaycan Respublikası ərazisində epidemiologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazəsi olmuşdur. Sonradan həmin şəhadətnamə Səhiyyə nazirliyinə təqdim olunsa da, iş üzrə icraata məhkəmədə xitam verilməli olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 aprel 2023-cü il tarixli qərarına əsasən ünvan 2 ünvanında 08 may 2023-cü il tarixdə saat 12:30-da planlı yoxlama həyata keçirilərkən Şəxs MMC-nin həkim epdemioloqu X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Həmin yoxlama nəticəsində Səhiyyə Nazirliyinin “X5” X11 tərəfindən 308 nömrəli akt tərtib olunmuşdur. Həmin akt və digər sənədlər əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin sonradan AH 037969 nömrəli sertifikasiya şəhadətnaməsi təqdim olunduğundan X3 12 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikası ərazisində epidemiologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazəsi olduğu müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “X5” X10 308 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 08 may 2023-cü il tarixdə saat 12:30-da planlı yoxlama keçirilərkən həkim epdemioloq X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəməyə təqdim olunmuş AH 037969 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ədalət Rüstəmov 12 iyun 2020-ci il tarixdən etibarən həkim epidemioloq ixtisası üzrə işləmək hüququna malik olmuşdur. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ədalət Rüstəmov 12 iyun 2020-ci il tarixdən etibarən həkim epidemioloq ixtisası üzrə işləmək hüququna malik olduğu halda yuxarıda göstərilən hallar nəzərə alınmamış, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilmədiyindən sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2373/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2373/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver