Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2374/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərarından şikayət verilən orqan: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Eldeleklioğlu Hamid qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun “AsanPay” elektron kabinetinə 05 iyun 2024-cü il tarixdə EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Həmin qərarda 01 iyun 2024-cü il tarixdə, saat 14:38:56-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ərazisində “Audi A6” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən inzibati xəta törətdiyi müəyyən edilmişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 05 iyun 2024-cü il tarixdə EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 20 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati xəta hadisəsi 01 iyun 2024-cü il tarixdə törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. Beləliklə, hazırkı iş üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir gün müddətində verilməli olmuş, lakin qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi ilə 01 iyun 2024-cü il tarixdə, saat 14:38:56-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Audi A6” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən dayanma və ya durma qaydalarının pozulması faktı aşkar edilmişdir. Araşdırma zamanı həmin avtomobilin "xxxx" MMC-yə məxsus olması, eyni zamanda bu nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı bir neçə şəxsə etibarnamələrin verilməsi müəyyən olunmuşdur. Buna görə də xəta baş verən vaxtı avtomobili konkret olaraq kim tərəfindən idarə olunmasına dair həmin şirkətə İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinin tələblərinə uyğun dərhal müvafiq sorğu göndərilərək 05 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. 05 iyun 2024cü il tarixdə "xxxx" MMC tərəfindən bu məlumat təqdim olunmuş və sürücü kimi Eldeleklioğlu Hamid təqdim olunduğundan dərhal onun barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək müvafiq sistemə yerləşdirilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi məhkəməyə gəlməmiş, eyni zamanda “elektron kabinet” vasitəsilə Eldeleklioğlu Hamid məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq sistemdən olan çıxarışlardan görünür ki, “Audi A6” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir, həmin nəqliyyat vasitəsinə dair bir neçə şəxsin adına etibarnamələr mövcuddur. xx.xx.2024cü il tarixdə avtomobil idarə edilməsi üçün Eldeleklioğlu Hamidə verilib, xx.xx.2024-cü il tarixdə, saat 14:38-də törədilmiş xəta ilə bağlı bu şəxs barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib olunub; • Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Eldeleklioğlu Hamid xx.xx.2024-cü il tarixdə, saat 14:38-də “Audi A6” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir (122.1-ci maddə); • Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz (38.6-cı maddə); • Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir (123.1-ci maddə); • Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (123.2-ci maddə). Beləliklə aydın olur ki, “Audi A6” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olduğu və onu idarə edən şəxs barədə məlumat olmadığı üçün 01 iyun 2024-cü il tarixdə, saat 14:38:56-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində həmin avtomobil ilə inzibati xətanı törədən fiziki şəxsə dair məlumatın əldə edilməsi məqsədi ilə qanunvericiliyin tələblərinə əsasən bu hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən müvafiq sorğu göndərilmişdir. 05 iyun 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən bu şəxsin Eldeleklioğlu Hamid olması barədə məlumat təqdim olunduqdan dərhal sonra onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək müvafiq sistemə yerləşdirilmişdir. Göründüyü kimi, Eldeleklioğlu Hamid barəsində qərar qəbul edilərkən qanunvericiliyin imperativ tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş və o, haqlı olaraq Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21567347 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21567347 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2374/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2374/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver