Məhkəmə qərarları › İş №3(006)-2378/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2378/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2378/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 22, mənzil 13-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan “HONDA CRV MİNİK” markalı, **- CP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2008-ci il tarixdə etibarnamə əsasında X1. Bu etibarnamənin müddəti isə xx.xx.2011-ci il tarixdə bitmişdir. Satış zamanı V.Səfərovun ona 2.000 ABŞ dolları məbləğində borcu qalsa da, sonuncu borcunu ödəməmiş, eyni zamanda avtomobili özgəninkiləşdirməmiş və onu geri qaytarmayaraq qanunsuz idarə edir. Bununla belə avtomobillə bağlı tərtib edilən inzibati xəta haqqında protokollar onun ünvanına göndərilir. Məsələ ilə bağlı Baş Dövlət X7 və Bakı şəhər Dövlət X7 müraciət etmiş və müraciətlərinə cavab olaraq avtomobilin saxlanılması istiqamətində müvafiq tədbirlərin görüldüyü bildirilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Çıxarışdan aydın olur ki, Şəxs məxsus olan “HONDA CRV MİNİK” markalı, **- CP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ etibarnamə əsasında X3 etibar edilmiş, həmin etibarnamə xx.xx.2008-xx.xx.2011-ci il tarixlərində qüvvədə olmuşdur. - Şəxs tərəfindən Baş Dövlət X7 ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, onun “HONDA CRV MİNİK” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verdiyi etibarnamənin müddəti bitsə də, qanunsuz olaraq idarə olunur və həmin avtomobillə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə cərimələr onun ünvanına göndərilir; - Baş Dövlət X6 Şəxs ünvanlanmış xx xxxx 2019-cu il tarixli cavab məktubuna əsasən “HONDA CRV MİNİK” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş etibarnamənin müddətinin bitməsi ilə bağlı DYP-nin şəxsi heyəti təlimatlandırılmış, eyni zamanda onun müraciəti həmin avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 07, mənzil 57-də qeydiyyatda olan X4 tərəfindən idarə olunduğundan müvafiq tədbirlər görülməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir; - Şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ona məxsus “HONDA CRV MİNİK” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2008-ci il tarixdə X1. Satış zamanı 2.000 ABŞ dolları məbləğində həmin şəxsin borcu qalmış, onun verdiyi etibarnamənin də müddəti xx.xx.2011-ci ildə bitmişdir. V.Səfərov borcunu ödəməmiş və avtomobil də hazırda qanunsuz olaraq idarə olunur. Avtomobillə bağlı cərimələr də onun ünvanına gəlməkdədir; - Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 046-19186R-3220 saylı cavab məktubuna görə verilmiş etribarnamənin müddətinin bitməsinə baxmayaraq qanunsuz idarə olunan “HONDA CRV MİNİK” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması istiqamətində BPİ DYPİ-nin şəxsi heyəti məlumatlandırılmış, həmin avtomobil saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək Bakı şəhərinin küçələrində quraşdırılmış nəzarət kameralarında X5 Nəzarət şöbəsinin əməkdaşları tərəfindən izlənilməkdədir; - Avtonəqliyyat vasitəsinin məhdudiyyətinə dair xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, “HONDA CRV MİNİK” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil DİN BDYPİ tərəfindən qanunsuz olaraq idarə olunduğundan xx.xx.2019-cu il tarixli təlimat məktubu əsasında axtarılmaqdadır. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokolda qeyd olunanları işə baxarkən tamamlamaq mümkün olmadığı üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar