Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2384/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 11:09 radələrində idarə etdiyi “Opel Vita ** MC ***” dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə hərəkətdə olduğu zaman qəflətən avtomobili sönmüş və onu işə sala bilməmişdir. Avtomobildə tək olduğu üçün onu kənara çəkmək üçün bir az irəlidə kənarda taksi sürücüləri görmüş və onlara avtomobili kənara çəkmək üçün yardım etmələri üçün yaxınlaşmış, bu zaman uzaqdan bir Bakı Nəqliyyat Nazirliyinin avtomobilinin dayandığını içindən bir nəfər BNA uniformasında əməkdaşın düşdüyünün ani avtomobilimin şəkillərini çəkib avtomobilə əyləşib qaçdığını görmüş, həmin əməkdaşı uzaqdan çəkməməsini gözləməsini bildirsə də BNA əməkdaşı, ona məhəl qoymayıb qaçmışdır. Bir neçə dəqiqə sonra olduğu yerdə BNA ******* saylı inzibati qərar barədə SMS məlumatı almış, ona “Asan Pay” sistemə daxil olanda məlum oldu ki, barəsində xx.xx.2022-ci il tarixli BNA ******* saylı elektron protokol tərtib edilmiş və həmin protokol əsasında BNA ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. BNA ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim edilməmiş, xx.xx.2022-ci il tarixdə email vasitəsi ilə qərarın ona təqdim olunması barədə müraciət ünvanladığından sonra 07 iyul 2022-ci il tarixdə həmin qərar və fotoşəkillər mənim email ünvanına göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görədə 20 manat məbləğində cərimə olunmuşdur. BNA ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilmişdir ki, inzibati xətanın qeydə “Samsung SM-T395NZKABTU” planşetin bort kompyuter avadanlığından istifadə edilmişdir. Hörmətli məhkəmə onun barəsində tərtib edilmiş BNA ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6-cı vaddəsində qeyd olunmuşdur ki. Bu Məcəllənin 346.1-ci, 346.2-ci, 346-1.2, 346- 1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati Xətanın hadisəsinin baş verdiyi və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildi) i sübüt edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın sürəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar dərhal operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsi ilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Güründüyii kimi Məcəllə deyir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələbləri pozulubsa: 1) dərhal inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxardır; 2) həmin qərarın sürəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur; 3) İnzibati tənbeh vermə haqqında qərar dərhal operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompyuter vasitəsi ilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilir; İlk növbədə o, hadisə zamanı nəqliyyat vasitəsinin yanında olmuşdur. Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərarında inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış (foto və ya video çəkiliş apararaq hadisə yerindən qaçmış) vəzifəli şəxs dərhal inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxartmamış, və həmin qərarın sürəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoymamışdır. Həmçinin, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərarında inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış (foto və ya video çəkiliş apararaq hadisə yerindən qaçmış) vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı qeyd olunmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi V.R.Əliyevə və Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, şikayətçi V.R.Əliyev və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, V.R.Əliyev həmin tarixdə, saat 11:09-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində “Opel Vita” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, V.R.Əliyev xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində “Opel Vita” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən anidən nəqliyyat vasitəsini mühərriki bilinməyən səbəbdən dayanmış, o, avtomobili kənara çəkmək üçün yolda olan şəxsləri köməyə çağıran zaman, BNA-nın əməkdaşları tərəfindən onun orada olması və Azərbaycan Respublikasının İXM-nin 124.6-cı maddəsi nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar şikayətçi V.R.Əliyevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci və 124.6-cı maddələri pozulmaqla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Lakin, BNA-nın əməkdaşları tərəfindən şikayətçinin orada olması və ondan asılı olmayan səbəblərdən avtomobilin hərəkətini saxlaması nəzərə alınmamışdır. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və V.R.Əliyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, “X3” Azərbaycan Respublikasının Qanununun 30-cu bəndinə əsasən texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin məcburi dayanmasıdır. Həmçinin, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi V.R.Əliyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2384/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2384/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver