Məhkəmə qərarları › İş №3(006)-2384/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2384/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2384/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs ASC (Ləğv prosesindədir) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Şəxs ASC-nin (Ləğv prosesindədir) mülkiyyətində olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 05:08-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 05 gün müddətində məlumat verilməmişdir. Tərəfimdən müəyyən edilir ki, Şəxs ASC (Ləğv prosesindədir) barəsində əvvəllər məhkəmədə baxılmış işlərdə qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı müəyyən edilmişdir ki, ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə və Bakı şəhəri X5 İdarəsinə ünvanlanmış 12 dekabr 2023-cü il tarixli, **********246 saylı məktubunda qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli, 100.PN.2005.060912.00001 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bank tərəfindən X2 40.000 manat məbləğində pul vəsaiti ayrılmış, müqavilə üzrə «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi çıxış etmiş, xx.xx.2015-ci il tarixdə X3 bank qarşısında olan öhdəliyini tam olaraq icra etdiyi üçün lizinq obyekti olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyət hüquqlarının tanınmasına dair tərəflər arasında xx.xx.2015-ci il tarixli mülkiyyətə vermə aktı tərtib olunmuşdur. Lakin şəxs hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə etməmiş və nəticədə lizinq obyekti cari tarixədək bankın mülkiyyətində olmasına baxmayaraq, faktiki olaraq sözügedən şəxsin istifadəsində olmuşdur. Dəfələrlə qeyd edilən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə məlumatın göndərilməsinə baxmayaraq, avtomobil ilə bağlı tərtib olunmuş protokol üzrə cərimələr Şəxs ASC-yə (Ləğv prosesindədir) təqdim olunmaqdadır. Göründüyü kimi, «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq X1 istifadəsində olması barədə məlumatın verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqan bununla bağlı zəruri araşdırma aparmamış, xx.xx.2023-cü il tarixdə baş vermiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə protokol tərtib etmiş, «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mövcud məhkəmə qərarlarının olmasına baxmayaraq Şəxs ASC (Ləğv prosesindədir) barəsində əsassız protokollar tərtib edərək məhkəməyə göndərməkdə davam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol qanunvericiyilin tələblərinə müvafiq halda tərtib edilmədiyindən protokol onu tərtib orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs ASC (Ləğv prosesindədir) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar