Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2388/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-358/2024 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin icarə əsasında fəaliyyət göstərdiyi obyektə (Abonent kodu:**********0) (VÖEN: **********) elektrik enerjisinin təminatını təşkiledən xəttlərin şəbəkədən ayrılması və ya dayandırılması və ya hər hansısa formada enerjidən istifadəyə dair digər maneələrin yaradılması "xxxx" ASC-yə və üçüncü şəxslərə qadağan edilmişdir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tələbkar Zərərçəkmiş şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC ilə razılıq əldə olunmuş və enerji verilişi bərpa olunmuşdur. Odur ki, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, inzibati xəta törətmiş hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-358/2024 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin icarə əsasında fəaliyyət göstərdiyi obyektə (Abonent kodu:**********0) (VÖEN: **********) elektrik enerjisinin təminatını təşkil edən xəttlərin şəbəkədən ayrılması və ya dayandırılması və ya hər hansısa formada enerjidən istifadəyə dair digər maneələrin yaradılması "xxxx" ASC-yə və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-16(113)-358/2024 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq bildirişlə birlikdə borclu "xxxx" ASC-nin nümayəndəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, "xxxx" ASC ilə razılıq əldə olunmuş, enerji verilişi bərpa olunmuş və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydində deyilir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-358/2024 saylı icra sənədi "xxxx" ASC tərəfindən icra edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" ASC tərəfindən müvafiq icra sənədi inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2388/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2388/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver