Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2389/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) nümayəndələri X5 və X2 iştirakları ilə, "xxxx" QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili, ev 16; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 537.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" QSC-nin Azərbaycan Respublikasının İXM-nin 537.2-ci maddəsi maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-nin xidmət sahəsində ölçmə vasitələrinin yoxlamadan keçirilməsi barədə göstərişin yerinə yetirilməməsi aşkar olunmuş, bununla da Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İXM-nin 537.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən "xxxx" QSC-də istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılmış monitorinqlər zamanı 6713 ədəd ölçmə vasitəsinin yoxlamadan keçirilmədiyi, o cümlədən 158 adda ölçmə vasitəsinin tipinin təsdiq edilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq nöqsanların aradan qaldırılması barədə sonuncu dəfə xx.xx.2023-cü il tarixli 3-21-1/2-22528/2023 nömrəli məktubla "xxxx" QSC-nə məlumat verilməsinə baxmayaraq qurum tərəfindən nöqsanlar aradan qaldırılmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə toplanmış digər materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda isə "xxxx" QSC-nə xidmət sahəsində ölçmə vasitələrinin yoxlamadan keçirilməsi barədə göstəriş verilmiş, lakin "xxxx" QSC aşkar edilmiş nöqsanların aradan qaldırıması barədə göstərişi yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən "xxxx" QSC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndələri X8 və X6 tərtib olunmuş protokola etiraz edərək bildirmişlər ki, nöqsanların aradan qaldırılması məqsədilə "xxxx" QSC məsələni daim diqqət mərkəzində saxlamış, lazımi tədbirlər görmüş, o cümlədən aidiyyəti qurumlarla əlaqə yaradaraq məsələni mütəmadi müzakirə etmiş, 158 adda müxtəlif təyinatlı cihaz və avadanlığın tipinin müəyyən olunması, 399 adda isə müxtəlif təyinatlı cihaz və avadanlığın yoxlama və kalibrləmədən keçirilməsi məqsədilə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslə müvafiq müqavilələr bağlamış və AİBNDX-yə vaxtaşırı yazılı məlumatlar vermişdir. Eyni zamanda, tərəflərindən məsələlərin həllinin məntiqi davamı kimi 22 may 2023-cü il tarixli 13-19/2-745/2023 nömrəli məktubla “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin direktor vəzifəsini icra edən Emin Zeynalova müraciət edilərək məktubda qeyd olunanları, həmçinin “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsinin 3.1.4-cü bəndinə əsasən uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirmək, o cümlədən akkreditasiya attestatının verilməsinə, qüvvədəolma müddətinin uzadılmasına, qüvvəsinin dayandırılmasına, dublikatın verilməsinə, ləğv edilməsinə və akkreditasiya sahəsinə əlavə və dəyişikliklər edilməsinə dair qərar qəbul etmək Azərbaycan Akkreditasiya Mərkəzinin vəzifəsinə aid edildiyini bildirməklə "xxxx" QSC-nin Diaqnostika və X4 Metrologiya sahəsinin ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətinin akkreditasiyadan keçirilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 537.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aşkar edilmiş nöqsanların aradan qaldırıması barədə 05 mart 2024-cü il tarixli göstərişindən görünür ki, "xxxx" QSC nöqsan aşkar olunmuş 6713 ədəd ölçmə vasitəsinin yoxlamadan keçirilməsi və 158 adda ölçmə vasitəsinin tipinin təsdiq olunması, həmçinin, "xxxx" QSC bu göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı (nöqsanların aradan qaldırılmasına dair müvafiq təsdiqedici sənədlərin surətləri ilə birlikdə) nöqsanların sayı nəzərə alınaraq 60 (altmış) gün müddətində Dövlət Xidmətinə təqdim etməsi tələb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 537.2-ci maddəsinə əsasən məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" QSC-də istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılmış monitorinqlər zamanı 6713 ədəd ölçmə vasitəsinin yoxlamadan keçirilmədiyi, o cümlədən 158 adda ölçmə vasitəsinin tipinin təsdiq edilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq nöqsanların aradan qaldırılması barədə sonuncu dəfə xx.xx.2023-cü il tarixli 3-21-1/2-22528/2023 nömrəli məktubla "xxxx" QSC-nə məlumat verilməsinə baxmayaraq qurum tərəfindən nöqsanlar aradan qaldırılmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" QSC Azərbaycan Respublikası İXMnin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra "xxxx" QSC-nə xidmət sahəsində ölçmə vasitələrinin yoxlamadan keçirilməsi barədə göstəriş verilmiş, lakin "xxxx" QSC aşkar edilmiş nöqsanların aradan qaldırıması barədə göstərişi yerinə yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 537.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 537.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2389/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2389/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver