Məhkəmə qərarları › İş №3(006)-2392/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2392/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2392/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, Nəsimi Rayon Dövlət X6 13 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon DYPŞ-nin 13 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Dövlət X6 əməkdaşının tərtib etdiyi 13.08.2021-ci il tarixli, AP0207698 nömrəli protokolu ilə o, O.Ə.Şammədli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Bildirir ki, o, idarə etdiyi 90-PZ-71 qeydiyyat nişanlı, “KİA” markalı avtonəqliyyat vasitəsi ilə 12.08.2021-ci il tarixində, saat 21:50 radələrində Neftçilər küçəsindən Y.Səfərov küçəsi istiqamətində hərəkət edərkən, YPX keşik avtomobilinin **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən saxlanılmış, YPX əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədlərini istəmiş, saxlanılmasının səbəbini soruşduqda isə öncə ona sürət həddini aşdığını bildirmişdir. O, buna etiraz etdikdə isə manevr qaydalarını pozduğunu söylədi. O, buna da etiraz etmişdir. Daha sonra isə törətdiyi qanun pozunutularını şəhər kameralarında qeydə alındığını və oradan saxlanması barədə əmr gəldiyini bildirdi. Sonra YPX əməkdaşı öz avtomobilinə yaxınlaşdı və digər polis əməkdaşı ilə müzakirə etdikdən sonra hər ikisi ona yaxınlaşdılar. Onun içkili olduğunu söyləyib müayinədən keçməli olduğunu bildirdilər. Daha sonra isə xüsusi texniki vasitədən istifadə etməklə sərxoşluq vəziyyəti yoxlanıldı. Buradan da bir nəticə çıxmadığını görən polis əməkdaşları bu dəfə də avtomobilinin dövlət qeydiyyat nömrəsinin işığının yanmadığını söylədilər. Bunu əsas götürərək də, avtomobilini etiraz etməsinə baxmayaraq duracağa apardılar. Qeyd etmək istəyir ki, barəsində heç bir inzibati protokol tərtib olunmadan İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edildi. Hesab edir ki, YPX əməkdaşlarının hərəkətləri və barəsində tərtib edilən inzibati tənbeh tədbiri qanunsuz və əsassızdır. İlk öncə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyanın digər ünsürləri nasaz olduqda və belə nasazlığın aradan qaldırılması mümkün olmadıqda şəxs inzibati məsuliyyətə cəlb edilir. O, polis əməkdaşına bu barədə öz etirazını bildirdikdə isə tərəfindən nasazlığın dərhal aradan qaldırıla bilib bilinməyəcəyini soruşdu. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində mövcud nasazlığın aradan qaldırılması üçün konkret zaman nəzərdə tutulmamışdır. Qeyd etmək istəyir ki, həmin nasazlığın tərəfindən aradan qaldırılması mümkün olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanunsuzdur. YPX əməkdaşının, özünün də bildirdiyi kimi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi halda, sürət həddini aşmasına və manevr qaydalarını pozmasına görə onu saxlaması qanunaziddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu məcəllənin 327.1-ci, 328-ci maddələrində nəzərdə tutulmuş xəta, foto və ya videoqeydiyyat funksiyalarına malik xiisusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törədən şəxsin iştirakı olmadan mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən elektron imza ilə təsdiqlənir. Həmin məcəllənin 125.5-ci maddəsinin tələbinə əsasən isə foto və ya videoqedyiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara şörə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati protokol tərtib etmək və ya inzibati tənbh tətbiq etmək haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xəta haqqında yalnız bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Polis əməkdaşı tərəfindən heç bir əsas olmadan və hal şahidinin iştirakını təmin etmədən sərxoşluq vəziyyətinin yoxlanılması qanunun tələblərinə ziddir. İlk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarına əsasən, sərxoşluq vəziyyətinin yoxlanılması üçün bir sıra əsasla- olmalıdır. (nəfəsdən ciddi içki qoxusunun gəlməsi, ayaq üstə dura bilməmə, özünü idarə edə bilməmə, rabitəsiz ifadələr işlətmə və s). Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə əsasən sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətlər, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi, polis əməkdaşı tərəfindən hal şahidlərinin iştirakı olmadan sərxoşluq vəziyyətinin müayinəsinin aparılması nəticəsində qanunun tələblərini pozulmuşdur. Avtomobilinin dövlət qeydiyyat nömrəsinin işığının yanmadığını əsas gətirərək xüsusi duracağa aparılması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi bu məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu məcəllənin 96.1-cı maddəsində göstərilən hallarda müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ən yaxın mühafizə olunan duracağında saxlanılır. Bildirir ki, avtomobilimin duracağa aparılmasına səbəb kimi göstərilən qeydiyyat nömrəsinin işığının yanmaması İXM-nin 96.1-ci maddəsində avtonəqliyyat vasitəsinin duracağa aparılması üçün əsas deyildir. Bildirir ki, hadisədən bir gün sonra elektron kabinetində yerləşdirilən inzibati protokolda isə inzibati xətanın törədilmə vaxtı saxtalaşdırılmış, 12.08.2021-ci il olduğu halda 13.08.2021-ci il olaraq göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X8 əməkdaşının barəsində tərtib etdiyi inzibati protokol qanunsuz və əsassızdır. X7 əməkdaşının barəsində tətbiq etdiyi 13.08.2021-ci il tarixli, AP0207698 nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.Ə.Şammədli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 13 avqust 2021-ci il tarixdə polis əməkdaşı ona yaxınlaşıb inzibati xəta törətdiyini demiş, daha sonra onun içkili olub-olmaması ilə bağlı müayinə aparmışdır. Bundan sonra polis əməkdaşı ona avtomobilinin cərimə meydançasına aparılmalı olduğunu demişdir. O, buna etiraz etsə də avtomobilini cərimə meydançasına aparmışlar. İdarə etdiyi avtomobil işlədiyi şirkətin avtombili olduğununa görə şirkət tərəfindən işinə son verilmişdir. Ondan sonrakı gün avtomobilin lampalarını dəyişmiş və avtomobili cərimə meydançasından götürmüşdür. Bundan başqa, o bildirmişdir ki, əgər hadisə yerində barəsində protokol tərtib edilsəydi o, yazılan cəriməni dərhal ödəyə bilərdi. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi Rayon DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Nəsimi Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 13 avqust 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, O.Ə.Şammədli həmin tarixdə, saat 11:37-də Neftçilər prospektində olarkən xarici işıqcihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına yol vermiş və buna görə də barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, O.Ə.Şammədli Azərbaycan Respublikasının İXM-nin 327.1 və 342.5-ci maddələrini törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, O.Ə.Şammədlinin barəsində 13 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin izahatından müəyyən edilmişdir ki, 13 avqust 2021-ci il tarixində şikayətçi tərəfindən idarə edilən avtomobilin həqiqətəndə xarici işıqcihazları, lampaları nasaz vəziyyətdə olmuş, şikayətçi sonrakı gün avtomobili cərimə meydançasından götürmək məqsədi ilə lampaları dəyişmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi Rayon DYPŞ-nin 13 avqust 2021-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan O.Ə.Şammədli verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Nəsimi Rayon Dövlət X6 13 avqust 2021-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar